Gülnarə Kərimova

Gülnərə İslamovna Kərimova (özb. Gulnora Islomovna Karimova; 8 iyul 1972, Fərqanə) — Özbəkistan Respublikasının prezidenti İslam Kərimovun qızı; Özbəkistanın İspaniyadakı səfiri (yanvar 2010 - iyul 2012)[1]

Gülnarə Kərimova
özb. Gulnora Karimova
Doğum tarixi (52 yaş)
Doğum yeri Fərqanə, Özbəkistan SSR, SSRİ
Həyat yoldaşı Mənsur Maqsudi
Uşaqları İslam,
İman
Atası İslam Kərimov
Anası Tatyana Kərimova
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi, sahibkar, müğənni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gülnarə Kərimova 1972-ci il iyulun 8-də Fərqanədə anadan olub. 1991-ci ildə tanış olduğu Əfqanıstandan olan etnik özbək və ABŞ vətəndaşı olan Mansur Maqsudla ailə qurub. 2001-ci ildə onların nikahı dağıldı. Boşanma prosesi iki il davam etdi. 1993-cü ildə bu nikahdan oğlu İslam, 1999-cu ildə qızı İman dünyaya gəlib.

2008-ci ilin fevralında mədəni və humanitar əməkdaşlıq məsələləri üzrə xarici işlər nazirinin müavini təyin edilib. O, həmçinin Nyu-Yorkun "Fashion Institute of Technology" dizayner kursunun məzunu, "Guli" brendinin sahibdir. 2010-cu ildən Özbəkistanın İspaniyadakı səfiri vəzifəsində çalışır. 2008-ci ildən Özbəkistanın BMT və digər beynəlxalq təşkilatlarda daimi nümayəndəsi işləyir. Gülnarə Kərimova Özbəkistanda ən nifrət edilən şəxs hesab edilir.

21 avqust 2015-ci il tarixindən etibarən həbs olunaraq mühakimə edilib. Onun barəsində həm ölkədən xaricdə, həm də ölkənin özündə pul tələb etmə və pulların yuyulması ittihamları ilə cinayət işləri qaldırılıb. Kərimova Daşkənd vilayətindəki Zangiata Qadınlar Koloniyasında saxlanılır. Həbsdə olarkən Gülnarə Kərimova hazırkı Prezident Şövkət Mirziyayevə açıq məktubla müraciət edib. G.Kərimova məktubunda ailəsindən müsadirə edilən 1,2 milyard dollarlıq sərvətin hələ də dövlətin büdcəsinə keçmədiyini bildirib. O hazırda ailəsinin əlində qalan yeganə vəsaitin İsveçrədəki dondurulmuş hesab olduğunu qeyd edib. Mərhum Prezidentin qızı ona qarşı açılan cinayət işinin qapadılması qarşılığında bu hesabdakı 686 milyon dollardan imtina etməyə hazır olduğunu bəyan edib.[2] 2019-cu ilin avqustunda Özbəkistanın Baş Prokurorluğu G.Kərimovaya qarşı yeni cinayət işlərinin başlandığını elan edib. O, ölkənin maraqlarına zidd müqavilə bağlamaqda, dövlət vəsaitlərinin mənimsənilməsində və digər şəxslərin əmlakını xüsusilə böyük məbləğdə israf etməkdə ittiham olunur.[3] 2020-ci ilin mart ayında Ali Məhkəmənin qərarına əsasən Gülnarə Kərimova 13 il dörd ay müddətinə azadlıqdan məhrum edib.[4]

  1. "Дочь президента Каримова стала послом Узбекистана в Испании". 2020-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-08-01.
  2. "Gülnarə Kərimova azadlığı üçün 686 milyon təklif etdi". 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  3. "Gülnarə Kərimova yoxa çıxıb". 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.
  4. "Özbəkistan eks-prezidentinin qızı Gülnarə Kərimovaya hökm oxundu". 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]