İslandiya krallığı (isl. Konungsríkið Ísland, dan. Kongeriget Island) — 1 dekabr 1918-ci ildə Danimarka-İslandiya Birləşmə Aktı nəticəsində qurulmuş dövlət.[1] 17 iyun 1944-cü ildə İslandiyanın respublika elan olunmasınacan mövcud olmuşdur.
Tarixi dövlət | |||||
İslandiya krallığı | |||||
---|---|---|---|---|---|
Konungsríkið Ísland | |||||
|
|||||
Himn: Lofsönqur |
|||||
|
|||||
Paytaxt | Reykyavik | ||||
Dilləri | İsland dili, Danimarka dili, Norveç dili | ||||
Rəsmi dilləri | İsland dili, Danimarka dili | ||||
Dövlət dini | Lüteranlıq | ||||
Ərazisi | 103125 km² | ||||
Əhalisi | 125967 (1944) | ||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Kral | |||||
• 1918-1944 | X Kristian |
İslandiya 1380-ci ildən bəri Danimarka ölkəsinin içindəki Norveç krallığının mülkü idi. 1874-cü ildə Danimarka İslandiyaya muxtariyyət hüquq verdi. Bu hüquq 1903 və 1904-cü illərdə genişləndirildi. 1 dekabr 1918-ci ildə iki tərəf arasında Danimarka-İslandiya Birləşmə Aktı imzalandı və İslandiya suveren dövlətə çevrildi. Danimarka kralı həm də İslandiya kralı olmaq şərtilə və xarici münasibətlərin Danimarkanın öhdəliyinə keçməsi şərtilə İslandiya müstəqil dövlət elan olunurdu.
9 aprel 1940-cı ildə Nasist Almaniyasının Danimarkanı işğalı iki dövlət arasındakı əlaqələrdə problemlər yaratmağa başladı. Buna görə də 10 apreldə Altinq İslandiyanın xarici münasibətlərində söz haqqını əlinə aldı. 15 may 1941-ci ildə Sveyn Byörnsson krallıq naibi təyin olundu. Həmin ilin iyulunda Üçüncü Reyxin işğal ehtimalına qarşı İslandiya-Amerikan müdafiə paktı imzalandı.[1] Ölkəyə 40.000 amerikan hərbçisi gəldi. Bu rəqəm, o vaxt üçün İslandiyadakı kişilərin sayından çox idi. Danimarka işğal altında referendum keçirən İslandiya, 17 iyun 1944-cü ildə müstəqil respublika qurulduğunu elan etdi.