Əbu Nasr İsmayıl ibn Həmmad əl-Cövhəri (ərəb. ابو نصرإسماعيل بن حماد الجوهري), İsmayıl Cövhəri və ya sadəcə əl-Cövhəri (940, Otrar – 1002 və ya 1008, Nişapur) — türk[1][2] lüğətçisi və görkəmli ərəb lüğəti olan "Tacü l-lüğa və sihahil-ərəbiyyə" ("Sihah-ol-ərəbiyye") (الصحاح في اللغة)-nin müəllifi.
İsmayıl Cövhəri | |
---|---|
ərəb. إسماعيل بن حماد الجوهري | |
Doğum tarixi | 940 |
Doğum yeri | |
Vəfat tarixi | 1002 və ya 1008 |
Vəfat yeri | |
Fəaliyyəti | leksiqraf, dilçi |
Əl-Cövhəri Mavəraünnəhrin (indiki Qazaxıstanın cənubu) Fərab[3] (Otrar) şəhərində anadan olmuşdur. O, ərəb dilini öyrənməyə Fərabda başlamış,[3] daha sonra isə Bağdadda təhsil alaraq təhsilini Hicaz ərəbləri arasında davam etdirmişdir.[4] Cövhəri daha sonra Şimali Xorasana, əvvəlcə Damğana köçmüş və nəhayət Nişapurda məskunlaşmışdır.[3] O, burada ilk əsəri olan görkəmli ərəb lüğəti "Tacü l-lüğa və sihahil-ərəbiyyə"-ni yazır.[5] Bu əsər Vankulu Mehmed Əfəndi tərəfindən XVI əsrdə "Vankulu lüğəti" adı altında tükçəyə çevrilmiş və bu əsər 1729-cu ildə İbrahim Mütəfərrikənin mətbəədə çap etdirdiyi ilk kitap ünvanının almışdır.[6]
Cövhəri uçuş cəhdi etmək məqsədi ilə özünün hazırladığı taxta qanadları qoluna taxaraq Nişaburdakı məscidlərdən birinin damına çıxmış, lakin bu uğursuz cəhdi onun ölümü ilə nəticələnmişdir.[7] Bu cəhdə mənblərdə Rayt qardaşlarından 900 il əvvəl edilmiş ilk uçuş cəhdi olaraq istinad edilir.[8] Cövhərinin bu cəhdi XIIV əsrdə yaşamış Hezarfən Əhməd Çələbi və Ləgəri Həsən Çələbi kimi şəxslər üçün ilham mənbəyi olmuşdur.