İsmayıl Canbulad (1880, Konstantinopol – 13 iyul 1926, İzmir) — Türk siyasətçi.[1]
İsmayıl Canbulad | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 13 iyul 1926 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Çərkəs soyqırımı zamanı Anadoluya köç edən Adıgey Hatko ailəsindəndir. Hərb məktəbini bitirdikdən sonra Manastır və Salonikidə xidmətdə oldu. Konstitusiyalı monarxiyasını elan etmək üçün Makedoniyada əhəmiyyətli işlər görmüşdü. Daha sonra isə İstanbula geri dönərək hərbi məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərməyə başladı. 1909-cu ildə hərbi xidmətdən ayrılaraq Böyükada bələdiyyəsində vəzifəyə təyin edildi.
1912-ci ildə İzmit millət vəkili kimi Məclis-i Məbusana daxil oldu. Balkan müharibələrinə könüllü olaraq ehtiyatda olan zabit kimi qoşuldu. Müharibədən sonra Milli Təhlükəsizlik Nazirliyinə. Daha sonra isə Ümumi Təhlükəsizlik İdarəsinə təyin edildi. İstanbul valisi və İstanbul şəhər qubernatoru oldu. Stokholm səfirliyinə təyin edildi. 30 iyul 1918-ci ildə Daxili İşlər Naziri təyin edildi. 30 sentyabrda vəzifəsini tərk etdi.[1]
Mütarəkə dövrünün əvvəlində İttihad və Tərəqqi firqəsinin öz fəaliyyətini dayandırmağa səbəb olacaq qərarı almağından sonra Təcəddüd firqəsinin qurucalarından biri oldu. Kürəkən Fərid Paşa hökuməti tərəfindən həbs edildi və ingilislər tərəfindən Maltayasürgün edildi. Sürgündən qayıtdıqdan sonra 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin ikinci çağırışında İstanbulun millət vəkili oldu. Rauf Bəy ilə birlikdə Tərəqqipərvər Cümhuriyyət Firqəsinin qurucusu və idarəediciləri arasında yer alırdı.[1]
1926-cı ildə İzmir sui-qəsdindən sonra həbs edildi. 1926-cı ildə İzmirdə Atatürkün sui-qəsdində iştirak etdiyi iddiasıyla İzmirin İstiqlal Məhkəməsinin qərarı ilə edam edildi.[1]