Kürəkən Fərid Paşa (d. 1853 - ö. 6 oktyabr 1923) — VI Mehmed Vahidəddinin səltənətində 2 dəfə - ümumlikdə 1 il 1 ay 15 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Kürəkən Fərid Paşa | |
---|---|
10 mart 1919 – 4 oktyabr 1919 | |
Əvvəlki | Əhməd Tofiq Paşa |
Sonrakı | Əli Rza Paşa |
5 aprel 1920 – 18 oktyabr 1920 | |
Əvvəlki | Saleh Hulusi Paşa |
Sonrakı | Əhməd Tofiq Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Atası | Həsən İzzət Əfəndi |
Həyat yoldaşı | Mədiha Sultan |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Kürəkən Fərid Paşa Osmanlı İmperyasinin son baş vəzirlərindən biri olub, diplomatik fəaliyyəti boyunca Paris, Berlin, Peterburq və London səfirliklərində çalışıb[1]. Istiqlal Döyüşü zamanı ingilis tərəfdarı kimi bir çox cəhdlər edən və xain kimi qələmə verilən Kürəkən Fərid Paşa Sultan II. Əbdülhəmidin qızı ve Mehmetin bacısı Mediha Sultan ilə evlənərək qısa müddətdə baş vəzir oldu.[2]
Kürəkən Fərid Paşanın atası dövlət məclisinin üzvü Seyyid Həsən İzzət Əfəndidir. Ailəsinin əslən Qaradağın Poşası kəndindən olduğu deyilir.[2][3]