İsmayıl bəy Camalbəyov

İsmayıl bəy Camalbəyov (Tam adı: İsmayıl bəy Abbasqulu bəy oğlu Camalbəyov; d.1883, Naxçıvan - ö.6 yanvar 1938, Bakı) — Azərbaycan ziyalısı, maarifpərvər, Naxçıvanın İranda (Makuda) konsulu.

İsmayıl bəy Camalbəyov
İsmayıl bəy Abbasqulu bəy oğlu Camalbəyov
Doğum tarixi
Doğum yeri Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri repressiya
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı Güllü Şərif qızı
Atası Abbasqulu bəy

İsmayıl bəy Camalbəyov 1883-cü ildə Naxçıvan şəhərində anadan olmuşdu. Məktəb təhsilini də burada almışdır. O, 1915-ci ildə yaradılmış Mücahidin Milli Partiyasının liderlərindən omuşdur. 1918-ci ilin fevra­lın­­da Zaqafqaziya Komissarlığını (1917-ci il noyabrın 11-də Xüsusi Zaqafqaziya Komitəsini əvəz etmiş Zaqafqaziya hökuməti) Zaqafqaziya seyminin (qanunvericilik orqanı) əvəz etdiyi və Zaqafqaziyanı müstəqil dövlətlərə parçalamaq uğrunda fəaliyyətin gücləndiyi dövrdə Naxçıvanın növbəti daşnak hücumlarından müdafiəsinin təşkilində ciddi rol oynamışdır.

İsmayıl bəy Güllü Şərif qızı ilə ailə qurmuşdu. Güllü xanım 1879-cu ildə Tiflis şəhərində anadan olmuş, Sumbatov küçəsi, ev 9 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Camalbəyov İsmayıl Abbasqulu oğlu (1883) SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 05.01.1938-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Camalbəyova Güllü Şərif qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsaslanaraq 31.12.1937-ci il tarixdə tutulmuş SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 16 mart 1995-ci il qərarına əsasən Camalbəyova Güllü Şərif qızına bəraət verilmişdir.

Repressiya qurbanı

[redaktə | mənbəni redaktə et]

İsmayıl bəy Camalbəyov 1938-ci ildə repressiyaya uğramışdır. O, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 5 yanvar 1938-ci ildə əks­inqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmiş, qərar yanvar ayının 6-da icra olunmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]