Diplomatlar |
---|
Bu məqalə hökumətin xaricdə nümayəndəsi haqqındadır. Digər mənalar üçün Konsul (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Konsul (lat. consul) — bir dövlətin hökumətinin başqa dövlətinin ərazisində rəsmi nümayəndəsi. Adətən konsulun işi öz dövlətinin vətəndaşlarına yardım etmək, onları müdafiə eləmək və ölkələrin əhaliləri arasında ticarəti və dostluğu asanlaşdırmaqdır.[1]
Konsul münasibətlərinin qaydalarını Konsul əlaqələri haqqında Vyana Konvensiyası müəyyən edir.
Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri başçılarının dörd dərəcəsini müəyyən edir. Konsul müəssisələrinin başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul agentlərinə bölünürlər.
Baş konsul konsulluğun başçısı və müəyyən ərazidə ən yüksəkvəzifəli konsuldur.[2] Baş konsul həmçinin başqa konsulluqlarının olduğu, bir ölkənin çərçivəsindəki konsul rayonu üçün cavabdeh ola bilər.[3]
Siyasət haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |