İsrail–Şimali Koreya münasibətləri — son dərəcə düşmən dövlətlərdir. Şimali Koreya İsrail dövlətinin mövcud olma hüququnu tanımır və onu “imperialistlərin peyki” adlandırır. 1988-ci ildən bu yana Şimali Koreya Suriyanın bir hissəsi kimi tanıdığı Qolan yüksəklikləri istisna olmaqla, İsrailin bütün ərazisini Fələstinin suverenliyi kimi tanıyır.
İsrail–Şimali Koreya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
1973-cü ildə Yom Kippur müharibəsi zamanı Şimali Koreya Misirə 20 pilot və 19 qeyri-hərbi heyət göndərdi. Bu insanlar avqust ayından müharibənin sonuna qədər israillilərlə 4-6 toqquşdu. Dekabrın 6-da Misir cəbhəsində baş verən hadisələrin son iştirakçısı Şlomo Aloninin sözlərinə görə, bir İsrail F-4 təyyarəsi Şimali Koreyaya məxsus Miq-21-i vurduğunu gördü. İsraillilər bir Miq-i, digərini isə Misir Hərbi Hava Qüvvələri "dost atəşi" ilə vurmuşdur[1].
Uzun illər Şimali Koreya İsrailin qonşularına: İran, Suriya, Liviya və Misir üçün raket texnologiyası təqdim etmişdir[2][3][4]. İsrail ilə qarşıdurma sahəsində böyük təcrübəyə sahib olan Suriya, Şimali Koreya ilə uzun müddətdir ki, əməkdaşlıq edir. Hər iki ölkənin nüvə proqramları təcrübə mübadiləsinə əsaslanmışdır. 6 sentyabr 2007-ci ildə İsrail Hərbi Hava Qüvvələri Suriyanın Deyr əzz-Zor vilayətindəki hədəflərə qarşı hava hücumu başlatmışdır. Mediada yayılan məlumatlara görə, "Suriyada nüvə reaktorunun qurulmasında kömək edən" 10 Şimali Koreyalı hava hücumu nəticəsində ölmüşdür[5]. 1986-cı ildə Şimali Koreya xarici turistlər üçün dəmir pərdəni açanda İsrail, Yaponiya, ABŞ və Fransa vətəndaşları üçün bir istisna edildi. Dünyanın hər yerindən gələn yəhudi əsilli insanlar Şimali Koreyaya girməkdə çətinlik çəkirdilər. İsrail dünya birliyini Şimali Koreyanın nüvə proqramına qarşı tədbir görməyə çağırdı. Şimali Koreyanın nüvə silah proqramını İsrail nümunəsinə uyğun olaraq realizə edir: "ətrafındakı güclü düşmənlərə qarşı durma vasitəsinə ehtiyacı olan kiçik bir dövlət; nüvə silahına sahib olmaq üçün xarici dünyaya kifayət qədər fəallıq göstərmək, lakin sahib olduqları barədə rəsmi bir elan vermədən, bir sözlə hamını çaşqın vəziyyətdə qoymaq və əslində nüvə silahına sahib olub olmadığını sual altında qoyaraq, bundan nə zaman istifadə edə biləcəyini düşünməyə məcbur etmək"
1999-cu ilin qışında Stokholmda Şimali Koreyanın İsveçdəki səfiri Sonq Mu Sin və İsrailin krallıqdakı səfiri Qideon Ben-Ami arasında görüş keçirildi. Koreya tərəfi israillilərdən İranla əməkdaşlığına son qoyulması müqabilində 1 milyard dollar pul istədi. Bir neçə gün davam edən danışıqlardan sonra israillilər bu məbləğ həcmində Şimali Koreyaya ərzaq yardımı etməyi təklif etdi. Lakin Şimali Koreyalılar bu təklifi rədd etdilər[6]. Görüşü Şimali Koreyanın böyük bir diplomatı, onunla tərcüməçi olan Tae Yoon Ho açıqladı və sonra Cənubi Koreyaya qaçdı[7]. 2010-cu ilin may ayında İsrailin Xarici İşlər Naziri Aviqdor Liberman Şimali Koreyanı "Şərin oxu" olaraq adlandırdı:
"Şimali Koreya, Suriya və İranın daxil olduğu şərin oxu dünya üçün ən böyük təhdiddir."[8]
2014-cü ildə Qəzzadakı münaqişə zamanı Şimali Koreya Həmas qruplaşmasına silah tədarükü barədə danışıqlar apardı[9]. Bir neçə gün sonra Mərkəzi Nəzarət Komissiyası bu cür danışıqlar barədə məlumatları təkzib etdi[10].
2017-ci il sentyabrın əvvəlində İsrail Xarici İşlər Nazirliyi şimali Koreyadakı nüvə sınaqlarını pisləyən bəyanat yaydı[11].