İsrail–Nepal münasibətləri — İsrail Respublikası və Nepal arasındakı mövcud ikitərəfli siyasi, mədəni, iqtisadi və s. əlaqələr. İsrail və Nepal arasında münasibətlər 1 iyun 1960-cı ildə qurulur. Beləliklə Nepal Asiyada İsrail ilə münasibətlər quran ilk ölkələrdən biri olur[1][2][3].
İsrail–Nepal münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1959-1960-cı illərdə Nepalın Baş naziri olan Bişveşvar Prasad Koirala İsrail leyhinə siyasət yürütdü. Bir çox dövlət rəhbərləri, o cümlədən padşah, hökumət başçısı, nazirlər və s. İsrailə səfər etdi. Nepal beynəlxalq siyasətdə İsraili dəstəklədi. Nepalda Maoist hakimiyyətinin qısa doqquz aylıq bir dövrü ərzində Nepal hökuməti İsrail əlehinə siyasət yürütdü. Digər bütün hökumətlər İsraili hər zaman dəstəklədi. Bununla belə ABŞ, Avstraliya, Kanada, Marşall adaları, Mikroneziya, Palau, Panama, Çexiya və Naurudan fərqli olaraq BMT-də Fələstinə müşahidəçi statusunun verilməsinin əleyhinə səs verən ölkələr sırasına daxil olmadı.
Nepal və İsrail arasında diplomatik əlaqələr 1 iyun 1960-cı ildə qurulmuşdur[4]. Əlaqələr qurulandan bəri Nepal beynəlxalq aləmdə İsrailə dəstək olur. 1961-ci ilin mart ayında İsrail Katmanduda səfirliyini açır[4]. Nepalın Misirdəki səfiri həm də İsraildə akkreditə olundu. Nepal daha sonra 1993-cü ildə İsraildə fəxri baş konsulluğunu açdı. 2007-ci ildə isə bir səfirlik açıldı. Hal-hazırda Nepalın İsraildəki səfiri Baija Nath Thapaliadır. O, 19 mart 2008-ci ildə etimadnaməsini Prezident Peresə təqdim etmişdir.
Nepal Cənubi Asiyada İsrailin varlığını tanıyan ilk və bu yaxınlara qədər yeganə ölkə olmuşdur. Nepal diplomatik İsrailin etibarlı tərəfdaşı olmaqla yanaşı, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində yaşamaq hüququnu müdafiə etməyə davam edən ölkələrdəndir. Nepal BMT Təhlükəsizlik Şurasının 242 (1967) və 338 (1973) saylı qətnaməsinin lehinə səs verdi. Bu bölgədəki bütün dövlətlərin dünyada mövcud olma hüququnu təsdiqlədi[4]. Nepal eyni zamanda, 1978-ci ildə Misir və İsrail arasındakı Camp David kimi Yaxın Şərq böhranını həll etmək istəyən hər hansı bir dövlətin təşəbbüsünü, habelə ABŞ kimi müxtəlif sponsor ölkələrin yeni sülh təşəbbüslərini alqışladı. 1975-ci ildə BMT Baş Assambleyası sionizmi irqçilik və irqi ayrı-seçkilik ilə eyniləşdirən 3379 saylı ərəb ölkələri tərəfindən irəli sürülmüş qətnamə qəbul etdi. Nepal müzakirəyə etiraz etdi və qətnaməni dəstəkləmədi. ABŞ Yaxın Şərqdə sülhün bərqərar olması kontekstində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 46-cı sessiyasında 1975-ci il tarixli 3379 nömrəli qətnaməni ləğv etmək təşəbbüsü ilə çıxış etdi. Səs çoxluğu ilə bu qətnamə qəbul edildi. Nepal qətnamənin lehinə səs verdi. İsrail, ABŞ və Qərb ölkələri Nepalın bu qətnaməni dəstəkləməsini yüksək qiymətləndirdi[4].
Nepal, İsrail ilə BMT arasında 13 sentyabr 1993-cü ildə Vaşinqtonda Qəzzə zolağında fələstinlilərə və Qərb sahilindəki İerixon şəhərinə muxtariyyət verən tarixi müqaviləni, habelə 10 sentyabr 1993-cü ildə bir-birinin qarşılıqlı tanınması haqqında imzalanan müqaviləni alqışladı. Keçmiş baş nazir Girija Prasad Koirala, İsrail Baş naziri İshaq Rabin, BMT-NİN baş katibi və FAH prezidenti Yasir Ərəfata bu cəsarətli qərara görə təşəkkür məktubu göndərmiş və bunun Qərbi Asiyada sülhün, təchizatın və sabitliyin bərqərar olmasında mühüm rol oynayacağına ümid etdiklərini bildirmişlər.
Nepal İsrailin baş nazir Ariel Şaron ilə Fələstin lideri Mahmud Abbas arasında 8 fevral 2005-ci ildə Misirdə dörd illik qan tökülməsinin sonunda baş tutan sammitdən sonra elan edilmiş atəşkəs rejimini alqışladı.
Nepal 13 avqust 2007-ci ildə Təl-Əvivdə bir səfirlik açdı[5].
16 iyul 2017-ci ildə Nepalın İsraildəki yeni səfiri Niracan Kumar Tapa etimadnaməsini Prezident Reuven Rivlinə təqdim etdi. Təqdimetmə mərasimində İsrail prezidenti ölkəsinin YUNESKO-da İsrail əleyhinə qətnaməsini dəstəklədiyinə görə yeni səfirə töhmət verdi[6].
İsrail və Nepal iqtisadi əlaqələri inkişaf etdirir. İsrail texnologiya sahəsində Nepala yardım göstərir. Nepal isə İsrailə işçi qüvvəsi verir. Hər iki ölkənin ticarət otaqları da bir-biri ilə sıx əlaqə saxlayır.
25 iyun 1993-cü ildə Baş nazir Girija Prasad Koirala tərəfindən İsrailə rəsmi səfəri zamanı Nepal Ticarət və Sənaye Palataları Federasiyası ilə İsrail Ticarət Palataları Federasiyası arasında Əməkdaşlıq Protokolu imzalanmışdır. Nepal və İsrail arasında ticarət İsrailin xeyrinə olaraq qalır. Nepal İsrailə 3,175,682 rupi dəyərində miqdarında mal ixrac etdiyi halda, İsraildən 483,695,044 rupi dəyəri miqdarında mal idxal etmişdir. Beləliklə ticarət kəsiri 2003/04 maliyyə ilində 480,519,362 rupi təşkil edir.
Nepal İsraili işçi qüvvəsi ilə təmin edir. Bəzi Nepallılar İsraildə işləyir və daha da çox nepaliyalı işçiyə ehtiyac var. Təxmini hesablamalara görə, İsraildə təxminən 12000 Nepal işçisi çalışır. Onlar əsasən xəstə və qocalara qulluq edən qadınlardır. İsrail hakimiyyəti İsraili bütün Nepallılar üçün faktiki olaraq yeganə əmək bazarı etməyə çalışan Nepal işçi agentliklərinin vəhşicəsinə hərəkətləri səbəbindən Nepal işçilərinin ölkədə işləməsinə icazə verməyəcəklərini açıqlayır. İsrail 2009-cu ilin aprel ayından bəri Nepal işçi agentliklərinin İsraildəki Nepal brokerləri ilə cinayət əlaqələri yaratdıqlarını və ölkəyə aşağı ixtisaslı işçilər göndərdiyini ifadə edərək, işçilər üçün komissiyaların dəyişdirildiyini ifadə etdi.
Bu yaxınlarda İsrail səlahiyyətliləri İsraildəki Nepal nümayəndəliyinə, Əmək Nazirliyinin tövsiyələrinə uyğun olaraq, işə qəbul agentliklərinin fəaliyyəti "yaxşılaşdırılmayana" qədər nepallı işçilər üçün işə götürmə prosesini başlatmayacaqlarını izah etdi[7][8].
Nepal və İsrail hökumətləri 18 noyabr 2002-ci ildə hava nəqliyyatı ilə bağlı ikitərəfli saziş imzaladılar[4].
2015-ci ildə Nepalda baş verən zəlzələdən sonra İsrail Nepala humanitar yardım göndərən ilk ölkələrdən biri oldu. İsrailin Nepala 264 nəfərdən ibarət axtarış, xilasetmə missiyaları heyəti və sahə xəstəxanalarının da daxil olduğu 95 tondan çox avadanlıq göndərdi.