İvan Rutkoviç (ukr. Іван Руткович; təq. 1650, Zoloçevsk rayonu[d], Lvov vilayəti – XVIII əsr) — əsasən Jolkva və Unevdə fəaliyyət göstərmiş ukraynalı ikona rəssamı. O, rəssamlıq və ağacişləmə üzrə Jolkva ikonoqrafiya məktəbinin qurucusu hesab olunur.
İvan Rutkoviç | |
---|---|
Doğum tarixi | təq. 1650 |
Doğum yeri |
|
Vəfat tarixi | XVIII əsr |
Fəaliyyəti | rəssam, ikonoqraf[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Rutkoviçin bəzi işləri itmişdir, lakin digər ustalarla hazırladığı ikonostaslar da daxil olmaqla, bir çox yaxşı qorunub saxlanılmış ikonası mövcuddur. Volitsa Derevlianska (1680–82) və Voliya Visotskada (1688–89) yerləşən taxta kilsələrin ikonostasları, eləcə də, Jolkvadakı İsanın Doğulması Kilsəsinin böyük ikonostası (10,85 х 11,87 m) bu cür əsərlərinə nümunədir. Sonuncu qeyd olunan ikonostas Nova Skvariava ikonostası kimi tanınır və 1697–99-cu illərə aiddir, hazırda Lvov Milli Muzeyində saxlanılır. Həmin dövr üçün Ukrayna ikonostasları arasında şah əsər hesab olunur. 7 cərgə ikonadan ibarət olan əsər 2009-cu ildə bərpa edilərək ictimaiyyətə təqdim edilmişdir. Lvov Milli Muzeyində ayrı-ayrı ikonları da mühafizə olunur.
İvan Rutkoviçin bədii üslubu dini mövzuları müasir Avropa təsirləri ilə ifadə edən Ukrayna-Bizans ənənəsinə əsaslanır və daha realistik, eləcə də, sekulyar xüsusiyyətə malikdir.[1]
Rutkoviç rəssamlıq və ağacişləmə üzrə Jolkva ikonaqrafiya məktəbinin ən görkəmli nümayəndəsi hesab olunur. İncəsənət tarixçilərinin fikrincə,[2] o dövrdə yaranmış yeni ikonoqrafik qanunlar rəssama fərdi üslubunu ortaya çıxarmağa imkan vermişdir. Sudova Vışniya, Jolkva, Robotiçi, Volınsk regionu və digər yerlərdə çoxlu yerli məktəblər yaranmışdır.
Lvov və Jolkvada İvan Rutkoviçin adını daşıyan küçələr yerləşir.