Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Səmra Rəhimli və ya Səmra (20 oktyabr 1994[1], Bakı)— Azərbaycan müğənnisi. Səmra "O Səs Türkiyə" və "Səs Azərbaycan" layihələrinin iştirakçı olmuşdur. Azərbaycanı 2016-cı ildə Stokholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində "Miracle" mahnısı ilə təmsil etmişdir və final mərhələsində ölkəyə 17-ci yeri qazandırmışdır.
Səmra Rəhimli | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ləqəbi | Səmra |
Doğum tarixi | 20 oktyabr 1994[1] (30 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2008-ci ildən |
Janr | pop musiqisi |
Vikianbarda əlaqəli mediafayllar |
Səmra Rəhimli 20 oktyabr 1994-cü ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi olan Səmra Rəhimli uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır.
Səmra Rəhimli 2014-cü ildə Türkiyənin "TV 8" televiziyasında yayımlanan "O Səs Türkiyə" layihəsində iştirak etmişdir. O, ilk mərhələdə - "Kör Seçmeler" mərhələsində "Simply The Best" mahnısını ifa etmişdir və 2 münsif Səmra xanım tərəfə dönmüşdür. Səmra xanım isə Hadisənin komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti "Düellolar" mərhələsində Səmra Rəhimli Ayda Eravcı ilə birgə "I Who Have Nothing" mahnısını ifa etmişdir. Hadisə Səmra ilə Ayda arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır. Növbəti mərhələdə – "Bire Bir" mərhələsində Səmra Rəhimli Zeynep Topkaya ilə birgə "Sweet Dreams" mahnısı ifa etmişdir. Hadisə Səmra ilə Zeynep arasında seçim edərək bu dəfə Zeynep Topkayanı komandasında saxlamışdır. Amma buna baxmayaraq Səmra xanım layihədə yoluna davam etmişdir. Səmra xanımı Gökhan Özoğuz öz komandasına transfer etmişdir. Növbəti mərhələdə – "Çapraz Eşlemeler" mərhələsində Səmra Rəhimli Hadisənin komandasından Zeo Jaweed ilə yarışmışdır. "Eweryway That I Can" mahnısını ifa edən Səmra xanım səs vermənin yekununda Zeo Jaweeda məğlub olmuşdur və layihəni tərk etmişdir.
Səmra Rəhimli 2015-ci ildə Azərbaycanın "AzTV " televiziyasında yayımlanan "Səs Azərbaycan" layihəsində iştirak etmişdir. O, ilk mərhələdə "Wrecking Ball" mahnısını ifa etmişdir və bütün 4 münsif Səmra xanım tərəfə dönmüşdür. Səmra xanım isə Manana Caparidzenin komandasında yarışmağı seçmişdir.[2]
Daha sonra növbəti mərhələdə Səmra Rəhimli Səid İsmayılzadə ilə birgə "Sən necə də gözəlsən" mahnısını ifa etmişdir. Manana Caparidze isə Səmra ilə Səid arasında seçim etmiş və Səmra Rəhimlini komandasında saxlamışdır.[3]
Növbəti mərhələdə Səmra Rəhimli canlı efirdə "Show must go on" mahnısını ifa etmişdir və növbəti mərhələyə keçmişdir. Daha sonra 1/8 final mərhələsində Səmra xanım "Perfect" mahnısını ifa etmişdir və layihədə yoluna davam etmişdir. İnamla layihədə yoluna davam edən Səmra xanım 1/4 final mərhələsində Günel Əlizadə və İbrahim İbrahimlinin bəstəsi olan "Sev" mahnısını ifa etmiş və yarımfinal mərhələsinə keçmişdir.
Yarımfinal mərhələsində Səmra Rəhimli Manana Caparidzenin komandasından olan digər iştirakçı Elvin Novruzov ilə yarışmışdır. Səmra xanım "When Life Takes Over" mahnısını ifa etmişdir. SMS səsverməsində isə Səmra xanım Elvin Novruzovu 74.5-25.5 faiz dərəcəsilə məğlub etmiş və "Səs Azərbaycan" layihəsində finala keçmişdir.
2016-cı il 5 mart tarixində keçirilən finalda Səmra Rəhimli ona 1/4 final mərhələsində uğur qazandıran "Sev" və "Sweet Dreams" mahnısını yenidən ifa etmişdir.[4] "Səs Azərbaycan" layihəsinin qaydalarına əsasən SMS səsverməsinin yekununda 4 iştirakçıdan 1-i layihə ilə vidalaşacaqdı. Layihə ilə ilk vidalaşan isə Səmra Rəhimli olmuşdur və o "Səs Azərbaycan" layihəsində 4-cü yeri tutmuşdur. Sonda Səmra Rəhimli "Say Something" mahnısını ifa etmişdir.[5] Layihənin qalibi isə Emiliya Yaqubova olmuşdur.
Səmra Rəhimli 2012-ci ildə Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün bu ölkənin Milli Seçimlərinə qatılmışdır. Amma 18 yaşlı Səmra xanımın gənc və təcrübəsiz olması, onun Milli Seçimlərin elə ilk mərhələsində məğlub olması ilə nəticələnmişdir.
2016-cı ilin 10 mart tarixində İctimai Televiziyanın Avroviziya Mahnı Müsabiqəsi üzrə münsiflər heyətinin iclasında Səmra Rəhimlinin "Miracle" mahnısı ilə Azərbaycanı 61-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etməsi qərara alınmışdır. Avroviziya üçün keçirilən uzun məşqlərdən sonra Səmra 10 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 14-cü nömrə altında səhnə almışdır. Nəticədə ifaçı 185 xalla 6-cı yerdə qərarlaşaraq finala vəsiqə qazana bilmişdir. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Səmra 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 117 xal toplayaraq 17-ci yerdə qərarlaşmışdır.
2023-cü ildə Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin hazırladığı "Mahnılarımız monitorinq aynasında" adlı kitabda zərərli vərdişlərdən istifadəni, tüfeyli həyat tərzini, mental dəyərlərə zidd olan davranışları təbliğ edən, aqressiv hərəkətlərə və özünəqəsdə sövq edən mahnıların olduğunu iddia etdiyi siyahı tərtib edilib. Nöqsanlar aşkarlanan mahnılar müəllif və ifaçılarının adları ilə birlikdə qeyd olunub. Siyahıda Səmranın "Bandam", "Armas" və "Göz" mahnıları da yer alıb.[6][7]
İl | Mahnı |
---|---|
2015 | "O sevir" |
2016 | "Miracle" |
2017 | "Badminton" |
2017 | "Tərs gedir" |
Say | Klip | Tarix |
---|---|---|
01 | O Sevir | 2015 |
02 | Miracle | 2016 |
03 | Miracle (Acoustic Version) | 2016 |
04 | Badminton | 2017 |
05 | Tərs Gedir | 2017 |
06 | Hypnotized | 2018 |
07 | Пиджак | 2018 |
08 | Armas | 2019 |
09 | Biri Yox, Biri Var | 2021 |
10 | Göz | 2021 |
11 | AZN | 2021 |
12 | Bandam | 2022 |
13 | Alo | 2023 |
Əvvəlki: Elnur Hüseynov "Hour Of The Wolf" |
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində 2016 |
Sonrakı: Diana Hacıyeva "Skeletons" |