İvritcə

İvrit dili,[2] həmçinin ibri dili[3] və ya ibrani dili[4][5] (ivr.: עִבְרִית, ʿĪvrīt, tələffüzü [ivˈʁit]  ( dinlə) və ya [ʕivˈrit]  ( dinlə); səm.: ࠏࠁࠓࠉࠕ) — sami dillərinin Kənan dilləri qrupuna daxil olan dil. 1948-ci ildən İsrailin rəsmi dilidir. E.ə. II–I minilliklərdə Fələstin yəhudiləri bu dildə danışırdılar. Qədim yəhudi dilinin mühüm abidəsi olan "Əhdi-ətiq"in ən qədim hissəsi e.ə. XIII–XII əsrlərə aiddir. Eramızın əvvəlindən arami dilinin sıxışdırdığı ivrit dili mədəniyyət və din dili kimi qalmışdı. Orta əsrlərdən bədii, fəlsəfi, elmi və dini ədəbiyyat dilidir. XIX əsrin sonundan XX əsrin əvvəlindən yenidən danışıq dili kimi istifadə olunur. Müasir ivrit dili qədim yəhudi dilinin morfoloji xüsusiyyətlərini saxlamaqla, semantik və sintaktik cəhətdən idiş və digər german, Habelə slavyan dillərinin təsirinə məruz qalmışdır.[2]

İvrit dili
Orijinal adı עברית
עברית חדשה‎
Ölkə
Danışanların ümumi sayı
  • 9.303.950 nəf. (2019)[1]
Təsnifatı
afroasiya dilləri[d]
sami dilləri
qərbi sami dilləri[d]
mərkəzi sami dilləri[d]
şimal-qərbi sami dilləri[d]
Kənan dilləri
ivrit dili
Yazı İvrit əlifbası
Dil kodları
QOST 7.75–97 ивр 198
ISO 639-1 he
ISO 639-2 heb
ISO 639-3 heb
Dilin strukturlarının dünya atlası heb
Ethnologue heb
Linguasphere 12-AAB-a
ABS ASCL 4204
IETF he
Glottolog hebr1246
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İvrit əlifbası

Əlifba haqqında

[redaktə | mənbəni redaktə et]

İvrit əlifbasında 22 hərf mövcuddur. Əlifba bütünlüklə samitlərdən ibarətdir. Saitlər, bir qayda olaraq yazılmır, yalnız istisna hallarda, məsələn: -sözün əvvəlində və ya sonunda; -alınma sözlərin yazılışında; -sözün oxşar yazılan başqa sözlə səhv salınmaması üçün saitlər yazılır. Bunun üçün alef (א), yod (י), hey (ה), vav (ו), ayin (ע) hərflərindən istifadə olunur. Yazı zamanı hərflər sağdan sola düzülür.

  1. Ethnologue (ing.). 25, 19 Dallas, Texas: SIL International, 1951. ISSN 1946-9675
  2. 1 2 Иврит дили // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: ЕлдәҝәзИтабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 369.
  3. "Dəyirmi masa: İbri dili və ədəbiyyatının tədrisində ənənəvilik və innovativ metodlar". azertag.az.
  4. https://wol.jw.org/az/wol/d/r81/lp-ajr/1102005171
  5. "Günə bir saat oxumaqla necə yeni dil öyrənmək olar?". 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-18 – www.bbc.com vasitəsilə.