Film Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyinə həsr olunmuşdur. Kinolent əvvəlcə respublikanın təbii zənginliklərindən danışır, sonra Azərbaycan xalqının tarixinə qısa ekskursiya edir.
İyirminci bahar | |
---|---|
Janr | sənədli film |
Rejissorlar |
Mikayıl Mikayılov Vladimir Yeremeyev |
Ssenari müəllifi | Şamil Məlikyeqanov |
Operatorlar |
Leon Aristakesov Camal İsmixanov |
İstehsalçı | Azərfilm |
İlk baxış tarixi | 1940 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1940 |
Texniki məlumatlar |
4 hissə 1304,8 metr 35 mm |
Kinohekayə tamaşaçıları Moskvaya, Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin Azərbaycan pavilyonuna aparıb çıxarır. Ekranda məşhur pambıq ustası Bəsti Bağırova, ordenli çoban Həsən əmi, tanınmış miçurinçi İbrahim baba və başqa adlı-sanlı əmək adamları görünür.
Filmdə şose yollarının və Samur-Dəvəçi kanalının tikintisi, "Yallı" rəqsi, aşıqların çıxışları, "Koroğlu" operasından bir səhnə, Bakı zəhmətkeşlərinin paradı, respublikamızın poetik mənzərələri öz əksini tapmışdır.