Şöhrət Xiyabanı
Axmat Kadırov adına Şöhrət Memorial Kompleksi | |
Ölkə | Rusiya |
Ölkə | Çeçenistan |
Şəhər | Qroznı |
İnşası | 2009—2010 illər |
Şöhrət Xiyabanı və ya Axmat Kadırov adına Şöhrət Memorial Kompleksi — Qroznı şəhərində Böyük Vətən müharibəsində Qələbəyə, eləcə də Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd Kadırova həsr olunmuş xatirə abidəsi. Kompleks Qroznının mərkəzində, Mayakovski küçəsində yerləşir. Memorialda muzey, park və bir sıra abidələr var. Memorialın sahəsi 5 hektardır, Rusiyada Sovet xalqının Böyük Vətən müharibəsində Qələbəsinin xatirəsinə tikilmiş üçüncü ən böyük obyektdir. Bayram günlərində kompleks 15 min nəfəri qəbul edə bilir.[1]
Memorial kompleksin tikintisinə 2009-cu ilin oktyabrında başlanılıb[2] və təxminən 6 aya yaxın davam edib. Kompleksin təntənəli açılışı 2010-cu il mayın 8-də Qələbənin 65-ci ildönümü ərəfəsində olmuşdur.[3]
Memorial kompleksdə əsas yeri Əhməd Hacı Kadırov Muzeyinin iki mərtəbəli binası tutur. İnteryerin zənginliyi və gözəlliyi baxımından muzey dünya memarlığının məşhur abidələri ilə rəqabət apara bilər. Muzeyin mərkəzi zalında bədii pannonun yaradılması üçün mərmər İspaniyadan, ən yüksək standart-999 qızılla örtülmüş çilçıraq İrandan gətirilib. Çilçırağın çəkisi bir ton yarıma qədərdir, çilçıraqda 750-dən çox lampa var.[4]
Əhməd Kadırov Muzeyinin əsası 2004-cü ildə qoyulmuş,[5][6][7] 2010-cu ildə müasir binaya köçürülmüşdür.[8] Muzeydə bir neçə daimi sərgi nümayiş etdirilir - Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd Kadırov haqqında, Çeçen-İnquşetiyadan olan əsgər və zabitlərin Böyük Vətən müharibəsində iştirakı haqqında, rəsm qalereyası var. Həmçinin burada müvəqqəti sərgilər də keçirilir.[9]
Memorial kompleksin ətrafında park - Şöhrət Xiyabanı yerləşir. Park tam abadlaşdırılıb - yollar kafellə döşənib, fənərlər (döşəmə lampaları) və skamyalar quraşdırılıb, gül qabları düzülüb, qazon və bitkilər üçün avtomatik suvarma sistemləri quraşdırılıb.
Əbədi Şöhrət məşəlini Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov və Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin alovlandırıblar.
Binanın ikinci mərtəbəsi şüşə günbəzlə örtüləcək, onun qarşısında Əbədi məşəl yerləşəcək.
2005-ci ilin fevralında Çeçenistan Respublikası Hökuməti heykəltəraşlıq kompozisiyasına müsabiqə elan etdi, onun mərkəzi hissəsində Böyük Vətən müharibəsi illərində süvari alayına komandirlik etmiş və Sovet İttifaqı Qəhrəmanı Mövlud Visaitovun at üzərində abidəsi olmalı idi. Visaitov 1945-ci ildə Elba çayında müttəfiq qüvvələrin nümayəndələri ilə əl sıxan ilk sovet zabiti olub.
Memorial abidə haqqında videoları yayımlayan iki ekranla təchiz olunub.
Memorial Kompleks binasının mərkəzi hissəsinin üzərində 39 metrlik stel qülləsi quraşdırılacaq.
Muzeyin binasında Sovet İttifaqı Qəhrəmanlarının - Çeçenistan Respublikasından olan 40 nəfərin portret barelyefləri var.
Burda tematik retrospektiv - “Xanbaba Nurədilov - "Stalinqradın müdafiəçisi", "28-ci qvardiya süvari alayı M. Visaitov", "Brest qalasının müdafiəçiləri", "Reyxstaqın alınması" və s. yerləşdirilib.
İki daş plitə.
Mataş Mazayevin şərəfinə qoyulmuş abidə 9 may 2012-ci ildə açılmışdır. Abidə Mazayevin müharibə zamanı idarə etdiyi tankın sürətidir. Tank Krasnodar diyarının Veteranlar Şurası tərəfindən bağışlanmışdır.