Mataş Mazayev

Mataş Həmzətxanoviç Mazayev (çeç. Мазаев Хьамзатан кӀант Маташ; 1908avqust 1942, Volqoqrad vilayəti) — Çeçen mənşəli Sovet tankçısı, kapitan.[2][3], Polşa kampaniyasının, SSRİ-Finlandiya müharibəsininBöyük Vətən müharibəsinin iştirakçısı. R. A. Belevintevin "Prometey tank dəbilqəsində" kitabının qəhrəmanı.[4][5][6]. Герой книги Р. А. Белевинтева "Прометей в танковом шлеме"[7][8]

Mataş Həmzətxanoviç Mazayev
çeç. Мазаев Хьамзатан кӀант Маташ
Şəxsi məlumatlar
Ləqəbi Ded Mazay[1]
Doğum tarixi 1908
Vəfat tarixi avqust 1942
Vəfat yeri
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü tank qoşunları[d]
Rütbəsi kapitan
Döyüşlər
Təltifləri "Qırmızı bayraq" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1908-ci ildə Terek vilayətinin Verxnı Naur kəndində Həmzətxan və Bala Mazayevlərin ailəsində anadan olub. 1918-ci ildə Terek kazaklarının torpaqlarının milliləşdirilməsi zamanı ailə Mixaylovskaya kəndində torpaq aldı və ora köçdü. Orada, Lenin şəhərciyində Mataş yeddiillik məktəbi bitirdi və dostları İbrahimov və İbrahim Kazəliyevlə birlikdə kəndin ilk komsomolçusu oldu.[9]

Partiya üzvlüyündə

[redaktə | mənbəni redaktə et]

M. Mazaev rəhbərliyi altında yerli quldur dəstələrinə qarşı uğurla mübarizə aparan komsomol dəstəsi yaratdı.[9]

Siyasi fəaliyyətdəki uğurlarını qiymətləndirən rayon komsomol komitəsi Mazaevə Sovet partiya məktəbinə dau olmaq üçün zəmanət verdi. Beləliklə, Mazayev 1926-cı ildə məktəbi bitirdikdən sonra həyatını partiya işi ilə bağlamağa qərar verdi. Ancaq Moskvadan Qroznı Regional Komitəsinə Mazayevin adına Bauman adına Moskva Dövlət Texniki Universitetindən dəvət daxil oldu. Beləliklə, M. Mazayev SSRİ paytaxtında Çeçenistan komsomolunu təmsil etmək üçün seçilmişdi. O, təhsil almaq üçün Moskvaya yola düşür.[9]

Mataş 1929-cu ildə Sov.İKP (b) sıralarına daxil olur. Partiya bileti ona Bauman Rayon Komitəsində təqdim edilir.[9]

1930-cu ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə çağrılır və bu müddətdə Kiyev tank məktəbinə daxil olur. 1935-ci ildə tank məktəbini bitirdikdən sonra Kiyevdə yerləşən mexanikləşdirilmiş artilleriya kəşfiyyat briqadasına taqım komandiri təyin edilir.[9]

Məzuniyyətdən qayıtdıqdan sonra Kiyev böyük hərbi təlimlərində iştirak edir və orda fərqlənir. Buna görə Kiyev hərbi dairəsinin komandiri İ. E. Yakir onu şəxsi saatla mükafatlandırır. Elə həmin il o, Starokonstantinovdakı 26-cı tank briqadasının zirehli kəşfiyyat bölüyünün komandiri təyin edilir.

Briqadanın bir hissəsi olaraq, Qırmızı Ordunun Polşa kampaniyasına qatılır. Sonra Mazayev komanda heyəti üçün təkmilləşdirmə kurslarında iştirak etmək üçün Leninqrad şəhərinə göndərilir. Mazayev burda olanda SSRİ-Finlandiya müharibəsi başlayır. O, batalyon komandirinin müavini olaraq cəbhəyə göndərilir. Tupuri-sari bölgəsində Mannerheym xəttinin yarılması zamanı o, fərqlənir və Sovet İttifaqı Qəhrəmanı adına namizəd olur, lakin nədənsə mükafatsiz qalır.

T-26 1941-ci ilin yayında vurulmuş Sovet tankı. Kapitan M. X. Mazayevin batalyonu bu tipli tanklarla silahlanmışdı.

1941-ci ilin mart ayında 8-ci Mexanikləşdirilmiş Korpusun tərkibində 34-cü Tank Diviziyasının tank batalyonunun komandiri vəzifəsinə təyin edilir.[9]

Böyük Vətən müharibəsimin başlanmasını Mazayev Karpat bölgəsində qarşılaşdı.[10] Müharibənin ilk saatlarından o, Pirzamisil rayonu döyüşlərində iştirak etdi, bu zaman onun batalyonu nəinki təyin edilmiş xətləri tutmağı bacardı, həm də Beresteçko və Leşnev istiqamətində əks-hücumları uğurla həyata keçirdi. Həmçinin, müharibənin ilk günlərində onun korpusu 1939-cu ildən alman işğalı altında olan Polşa ərazisində qısa müddət ərzində plasdarm ələ keçirməyə nail oldu.[11][12] Bunun üçün M. Mazayev yenidən Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərilsə də,[9] Qırmızı Bayraq ordeni almışdı. Döyüş zamanı ayağından və qarın nahiyəsindən yaralandı.[13][14]

Dubno uğrunda gedən döyüşlər zamanı kapitan M. Mazayev yanan tankda ağır yanıqlar almış, lakin xəstəxanaya getməkdən imtina etmişdi. O, "maşınla vidalaşmaq" bəhanəsi ilə tanka minmiş və hərbi hissənin komissarı vasitəsilə batalyonun hücumuna rəhbərlik etmişdir. Döyüşdən sonra o, korpusun komissarı N. Popelin tərəfindən üçüncü dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilir və xəstəxanaya göndərilir Amma bu dəfə də Mazayev ən yüksək mükafatı almır.[9]

1941-ci ilin dekabrında ayağından yaralanması ilə əlaqədar hospitala yerləşdirilir.[1] Vermaxtın irəliləməsi ilə əlaqədar olaraq hospital Mariupoldan Qroznıya köçürülür. Burada 1942-ci ilin yayında hospitaldan buraxıldıqdan sonra kiçik komandanlıq kurslarının təlim şöbəsinin müdiri təyin edilir.[15]

Lakin tezliklə cəbhədə vəziyyət kəskin şəkildə dəyişdi və onun komandanlıq etdiyi taborun daxil olduğu məktəbin kursantlarından ibarət kursant alayı yaradıldı. 1942-ci il iyulun 13-də alay təntənəli şəkildə Stalinqrad cəbhəsinə yola düşdü. Burada Vermaxtın 4-cü Tank Ordusunun hücumunun qarşısını almaq üçün Vasilyevka ərazisinə göndərildi. 1942-ci ilin avqustunda gedən döyüşlər zamanı alay ölən və yaralananlarla xeyli itki vermiş,[9] ölənlər arasında M. Mazayev də olmuşdur.[16]

"Tank dəbilqəsində olan Prometey" kitabında Belevitnev, Mazayevin ölümünü Grozni kursant alayındakı həmkarlarından birinin sözlərindən istinadən yazırdı: {{Sitat|müəllif=P.A.Belevitnev[7][17]

Rəsmi olaraq M.Mazayev də Qroznı kadet alayının bir çox digər əsgərləri kimi, itkin düşmüş elan edilmişdir.[18]

Hərbi işə verdiyi töhfə

[redaktə | mənbəni redaktə et]
Qroznıda Mataş Mazayevə həsr olunmuş abidə

Qış Müharibəsi zamanı Tupuri Adasının ələ keçirilməsi zamanı M.Mazayevin komandanlığı altında olan tanklar hücumun sürətliliyi ilə fərqlənirdilər. Yüksək sürət onlara minimal itkilərlə Finlandiya mövqelərinə girmələrinə imkan verirdi. Sonralar belə manevr “Mazayevski” adlandırıldı.[9]

İkinci Dünya müharibəsinin ilk günlərində Vermaxtın tank diviziyaları ilə mübarizə aparmaq üçün cinah hücum taktikası hazırladı. Həmçinin taborda tank qoşunlarının sürətləndirilmiş hazırlığı məktəbi də yaratdı.[9]

  • Qırmızı Bayraq ordeni (1941).[9]
  • Hədiyyə saat (1935).

Bəzi tədqiqatçıların fikrincə, Mataş Mazayev üç dəfə Sovet İttifaqı Qəhrəmanı adına namizəd göstərilsə də, heç vaxt “Qızıl Ulduz”la təltif olunmayıb.[9][19]

Mataş Mazayev sağlığında məşhurlaşmışdı. 1941-ci ildə “Pravda[11] və “Leninan nek”[12] qəzetində onun haqqında yazılar dərc olunandan sonra valideynlərinin evində həmişə qonaqlar olurdu. Layiqli oğul böyütdükləri üçün ailəyə təşəkkür edirdilər. Yerli sakinlər mütəmadi olaraq yerli kolxoz partiya təşkilatının katibinin yanına öz qəhrəman həmyerliləri haqqında məqalələr oxumaq xahişi ilə gəlirdilər.[9]

Ölümündən sonra ədəbi əsərlərin qəhrəmanı oldu. Onun haqqında "Prometey tank dəbilqəsində" kitabı yazılmışdır.[7][8] D.Kagermanovun "Mataş Mazayevin nişanları" və Arbi Mamakayevin "Çevnaş təpə kapitanı" şeirləri ona həsr olunmuşdur. Həmçinin “Böyük Vətən Müharibəsi” filmində Mataş Mazayevi öz tankının yanında əks etdirən kadrlar yer alıb.[9]

Qroznıda[20]Arqunda küçələr Mataş Mazayevin adını daşıyır. Həmçinin 2012-ci ildə Qroznıda, Şöhrət Xiyabanında T-34-85 heykəli ucaldılmışdı və orada "Tank dəbilqəsində Prometey" kapitanı Mataş Mazayevə və Böyük Vətən Müharibəsi döyüşlərində həlak olmuş tankçılara həsr olunmuş yazılı lövhə qoyulmuşdur.[21][22]

  1. 1 2 Попель, 2001
  2. Тотоев, 1972
  3. Le Huérou, Merlin, Regamey, Sieca-Kozlowski, 2014. səh. 40, 52
  4. Туркаев, 2008
  5. Чекалин, 1999
  6. Смирнов, 1967
  7. 1 2 3 Белевитнев, 1975
  8. 1 2 Туркаев, 1983
  9. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Р. А. Джакаева. "Военные Чечни и Ингушетии". Грозный без формата. 1 июня 2012. 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 декабря 2015.
  10. Ковалёв, Ковалевский, 2006
  11. 1 2 Бутасов. Героические подвиги танкистов // Правда. — 1941. iyul.
  12. 1 2 Турпалхо-танкист // Ленинан некъ (чеч.). — 1941. iyul.
  13. М. Ибаева. "«Я честно выполнил свой долг перед Родиной!»". ru:Грозный-информ. 8 мая 2013. 2015-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 декабря 2015.
  14. Пенежко, 1947
  15. А. С. Устарханов. "Маташ ждал до рассвета". Ru:Народ и Власть. 14 мая 2013. 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 декабря 2015.
  16. Н. В. Гафурова. "Грозненский курсантский пехотный полк «Курсанты стояли насмерть»". БВОКУ. 2015-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 декабря 2015.
  17. Mazayev zirehli tankı, sanki düşmən tanklarının axınının yolunda sipər oldu, sanki ikiyə bölündü. Nasistlər ondan geri çəkilərək məsafə saxladılar. Lakin bu zaman mərmi tankın yan tərəfinə dəyib, onu bərk zədələyib durdurdu. Və sonra ikinci mərmi tankın yuxarı hissəsini qopardı. Tarasenko Mazayevin və ya sürücünün maşından tullanacağına ümid edərək bir müddət gözlədi ... Amma heç biri tankdan çıxmadı...
  18. "Информация из приказа об исключении из списков, Мазаев, Маташ Хамзатханович". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-25.
  19. Хамид Ауховский. "Как два чеченца, два Героя, на берегу одной реки, защищали Родину свою". bukanovskay.ru. 2012-02-03. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-05.
  20. Н. Г. Щербаков. "О чем говорят названия улиц". Groznycity.ru. 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 декабря 2015.
  21. "Памятник Маташу Мазаеву". Ru:Rutraveller. 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  22. "Танк-памятник Т-34 в честь легендарного чеченского танкиста Маташа Мазаева и воинов-танкистов открыт в городе Грозном". Ru:Грозный-информ. 9 мая 2012. 2015-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 декабря 2012.