Şəlalə Şahvələd qızı Quliyeva (23 yanvar 1977, Mingəçevir) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2012).
Şəlalə Şahvələdqızı | |
---|---|
Şəlalə Şahvələd qızı Quliyeva | |
Digər adı | Şəlalə Quliyeva |
Doğum tarixi | |
Doğum yeri | Mingəçevir, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktrisa |
Təhsili | |
Teatr | Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı |
Mükafatları |
Quliyeva Şəlalə Şahvələd qızı 23 yanvar 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1995-ci ildə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetində dram-kino aktyor fakültəsinə daxil olmuşdur. Tələbə ikən sənət müəllimi, kursun rəhbəri Azər Paşa Nemətov nasir-dramaturq Elçinin "Ah, Paris…Paris!.." satirik komediyasınının Azərbaycan Akademik Milli Dram Teatrında tamaşasında rol almışdır. 1996-cı ildə Akademik Teatrın aktrisasıdır. Həmin ildən başlayaraq Şəlalə Şahvələdqızı yaşına və səhnə qabiliyyətinə uyğun rollar oynamağa başlayıb. 1999-cu ildə universitet təhsilini başa vurub. Həm dramatik, həm də komediya janrlı tamaşalarda müxtəlif rollar ifa etmişdir.
2004-cü ildə Gənclər, İdman və Turizm nazirliyi tərəfindən "İlin ən yaxşı aktrisası" nominasiyası üzrə mükafatlandırılıb.
2011-ci ildə Moskvada Beynalxalq teatr məktəbinin aktyor sənəti üzrə ali kursunun məzunudu.
9 may 2012-ci il tarixdə ona Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı verilmişdir. 1 may 2017-ci ildə[1], 9 may 2018-ci ildə[2], 10 may 2019-cu ildə[3], 7 may 2021-ci ildə[4], 10 may 2022-ci ildə[5] və 6 may 2023-cü ildə[6] Prezident Mükafatına layiq görülmüşdür.
Atası Şahvələd Quliyev Mingəçevir şəhərinin ilk qurucularındandır.