Şəbəkə (film, 2011)

Filmdə ruhi xəstəxanadakı xəstələrin taleyi işıqlandırılır. Fəridə (Həcər Ağayeva) adlı həkimin gəldiyi qənaətə görə, onun xəstəsi Gülzar (Nargilə Qəribova) heç də ruhi xəstə deyil. Fəridə bunu Gülzara sübut etməyə çalışır. Onunla birlikdə palataları gəzir və Gülzara əsl xəstələrlə onun arasında olan fərqi göstərməyə çalışır. Lakin Gülzar buna fikir vermək istəmir. Psixoterapiyadan əlacı kəsilən Fəridə qızın atası (Əbdül Mahmudov) ilə görüşməyə qərar verir. Bu görüşdən sonra Gülzarın psixi pozğunluğunun onun uşaqlıq xatirələri və şəbəkə ilə bağlı olduğu məlum olur.

Şəbəkə
Janr dram
psixoloji
Rejissor Kəmalə Rzayeva
Prodüser Zemfira Babayeva
Ssenari müəllifi Səbinə Hüseynli
Baş rollarda Nargilə Qəribova
Həcər Ağayeva
Əhməd Salahov
Operator Rövşən Quliyev
Bəstəkar Firudin Allahverdi
Rəssam Törə Ağabəyova
İstehsalçılar Ayan-Z
Butafilm (texniki təchizat)
İlk baxış tarixi 30 sentyabr 2011, Beynəlxalq Muğam Mərkəzi[1][2], Bakı, Azərbaycan
Filmin növü qısametrajlı bədii film
Müddət 25 dəq.
Ölkə Azərbaycan Azərbaycan
Dillər azərbaycanca
rusca
İl 2011
Rəng rəngli

Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" müsabiqəsi çərçivəsində çəkilmiş və bu müsabiqənin 2010-cu ildəki qalibi olmuşdur.

Filmin istehsalat konsepsiyası Gənc Film İstehsalçıları Assosiasiyasınındır.

Filmin texniki təchizat və post-prodakşn məsələlərini Butafilm kino şirkəti həll etmişdir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi: Səbinə Hüseynli
Quruluşçu rejissor: Kəmalə Rzayeva
Quruluşçu operator: Rövşən Quliyev
Quruluşçu rəssam: Törə Ağabəyova
Bəstəkar: Firudin Allahverdi
Rejissor: Ənvər Həsənov
Redaktor: Ramiz Fətəliyev
Qrim rəssamı: Cəmilə Məmmədova
Səs rejissoru: Orxan Ağalarov
Səs operatoru: Zaur Məmmədov
Operator assistenti: İlham Babayev
İşıq ustası: Tahir Bağırov
Montaj rejissoru: İrakli Lomsadze
Titrlər: Gülçin Axundlu
Post-prodakşn üzrə koordinator: Ceyhun İbrahimoğlu
Çəkiliş məkanları üzrə koordinator: Atamalı Həsənov
Prodüser assistenti: Səbinə Abdullayeva
Nəqliyyat üzrə koordinator: Tofiq Hüseynov
Mətbuat üzrə katib: Lalə Əliyeva
Çəkiliş texnikası üzrə icraçı prodüser: Vidadi Rüstəmov
Filmin direktoru: Rövşən Ağayev
Xətti prodüser: Olqa Şabanova
Baş prodüser: Zemfira Babayeva
Nargilə Qəribova — Gülzar
Həcər Ağayeva — Fəridə
Əhməd Salahov — Rüfət
Əbdül Mahmudov — Gülzarın atası (Şeyx Əbdül kimi)
Mehriban Xanlarova — Gülzarın xalası
Aliyə Mikayılova — Qətibə
Ramil Zeynalov — Fəridənin nişanlısı
Rəna Axundova — 1-ci xəstə
Zemfira Əbdülsəmədova — 2-ci xəstə
Şəlalə Şahvələdqızı — 3-cü xəstə
Məsumə Babayeva — 4-cü xəstə
Küşvər Şərifova — 5-ci xəstə
İmran Quliyev — 6-cı xəstə
Nurbəniz Niftəliyeva — sanitar
Əli Həsənov — sanitar

Filmi səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Elşən Rüstəmov — Rüfət (Əhməd Salahov) (titrlərdə yoxdur)

Çəkilişə köməklik edən qurumlar

[redaktə | mənbəni redaktə et]
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Azərbaycan Dəmir Yolları
Butafilm

Çəkilişə kömək edənlər

[redaktə | mənbəni redaktə et]
Arif Əsgərov (Azərbaycan Dəmir Yolları)
İlqar Nəcəf (Butafilm)
  1. "Qısametrajlı filmlərin nümayişi". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-17.
  2. ""Gənclərin qısa filmləri" nümayiş olunub". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]