Şəmayılar

Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də proses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı. Son illərdə müxtəlif antropogen təsirlər və ovun düzgün təşkil edilməməsi nəticəsində Şəmayı ehtiyatı kəskin azalmışdır.Lənkəran şəmayısının ovu ildə 30 sentnerdən çox olmur.Şəmayı ehtiyatını artırmaq məqsədilə Varvara balıqartırma zavodunda mütəxəssis - alimlər tərəfindən onun süni artırılması sahəsində xeyli iş görülmüşdür ki, bu da şəmayı balığı ehtiyatının bərpa olunmasına kömək edir.[2]

Şəmayılar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Cins:
Şəmayılar
Beynəlxalq elmi adı

Cinsə 45 növ daxildir:

Alburnus arborella
Alburnus leobergi
  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh61.
  3. Mousavi-Sabet H.; Vatandoust S.; Khataminejad S.; Eagderi S.; Abbasi K.; Nasri M.; Jouladeh A.; Vasil'eva E.D. "Alburnus amirkabiri (Teleostei), a New Species of Shemaya from the Namak Lake Basin, Iran". Journal of Ichthyology. 55 (1). 2015: 40–52. doi:10.1134/s0032945215010129.
  4. Elp, M.; Şen, F., Özuluğ, M. "Alburnus selcuklui, A New Species of Cyprinid Fish From East Anatolia, Turkey (Teleostei: Cyprinidae)" (PDF). Turkish Journal of Fisheries and Aquatic Sciences. 15. 2015: 181–186. 2015-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-03-05.
  • Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.108.
  • Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966,s.141.

 Həmçinin bax

[redaktə | mənbəni redaktə et]