Şərqi Azərbaycan ostanında bir çox su anbarı yerləşir. Bu anbarlardan içmə, sulama, elektrik məqsədilə istifadə edilir. Anbarların doluluq miqdarı yağışlardan və qar əriməsindən asılı olaraq illik dəyişməkdədir. Bunlara əlavə olaraq, anbarlar yelkən, balıqçılıq və turistik fəaliyyətlər üçün də istifadəyə açıqdır.
Adı | Yerləşdiyi məntəqə | Üzərində yerləşdiyi axar su | Su tutumu (Milyon m³) | Qurulduğu tarix |
---|---|---|---|---|
Araz | Culfa şəhristanı | Araz çayı | 1254 | 1971 |
Xudafərin[1][2] | Kəleybər şəhristanı | Araz çayı | 1612 | 2008 |
Zunuz | Mərənd şəhristanı | Zunuz çay | 6 | 2004 |
Ələviyan | Marağa şəhristanı | Sufi Çay | 60 | 1995 |
Qala çay | Əcəbşir şəhristanı | Qala çay | 40.3 | 2008 |
Nəhənd | Təbriz şəhristanı | Nəhənd çayı | 24 | 1996 |
Səhənd | Həştrud şəhristanı | Gərrangu | 165 | 2006 |
Aydoğmuş | Miyanə şəhristanı | Aydoğmuş çayı | 145.7 | 2004 |
Əmənd | Təbriz şəhristanı | Acıçay | 2.4 | 1993 |
Mollacıq | Həştrud şəhristanı | Şorçay | 10 | 1989 |
Ərdəlan | Sərab şəhristanı | Çekiçay | 4.5 | 1998 |
Səttar Xan | Əhər şəhristanı | Əhərçay | 131 | 1998 |
Kürd kənd | Bostanabad şəhristanı | Uçançay | 5.37 | 2003 |
Arbatan | Heris şəhristanı | Zərənəgçay | 27 | 2000 |
Yengəceh | Azərşəhr şəhristanı | Azərşəhrçay | 2.5 | 1993 |
Şəhid Kələntari | Mərənd şəhristanı | Ənamiq | 9 | 1996 |
Zər Abad | Vərziqan şəhristanı | Vərziqançay | 2 | 2001 |
Arasbaran | Kəleybər şəhristanı | Silinçay | 35 | 2003 |