Xudafərin su anbarı

Xudafərin su anbarı
Ölkələr  Azərbaycan
 İran



YerləşməsiAzərbaycan
RayonlarCəbrayıl, Zəngilan
Tikilmə tarixi1999–2008
Həcmi1,6 mlrd m³
Tökülən çayAraz
Axan çayAraz
Su sistemiKür → Xəzər dənizi
BəndiXudafərin SES
Xudafərin su anbarı (Azərbaycan)
Xudafərin su anbarı (Qarabağ)
Xudafərin su anbarının üzərindəki su-elektrik stansiyası

Xudafərin su anbarıİranAzərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərində tikilmiş su anbarı. Tutumuna və həcminə görə Azərbaycanın üçüncü su anbarı. İranın Şərqi Azərbaycan ostanına daxil olan Xumarlı kəndindən 8 kilometr (5,0 mil) qərbdə və Azərbaycanın Cəbrayıl rayonundakı Xudafərin kəndindən 1 km şimal-qərbdə yerləşir. Cəbrayıl və Zəngilan rayonlarının inzibati ərazisini əhatə edir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər su anbarı eyni adlı Su Elektrik Stansiyası ilə birlikdə Ermənistan Respublikasının nəzarəti altında olmuşdur.[1][2] Su anbarı Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilib.[3] Su anbarı vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulmuşdur.[4][5]

2024-cü il mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə "Xudafərin" hidroqovşağının açılış mərasimi keçirilib.[6]

Bəndin məqsədi hidroelektrik enerji istehsalı və suvarmadır. Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında baş tutan razılaşması ilə layihəsi hazırlanmışdır. Layihələndirmə 1982-ci ildə sona çatmış, 1990-cı illərin əvvəllərində yenidən işlənmiş və 1999-cu ildə inşaat işlərinə başlamışdır[4]. Ermənistan KİV-lərinin verdiyi məlumata görə, İran Ermənistanla layihəni başa çatdırmaq üçün gizli bir razılaşma imzalanmışdır[7].

Xudafərin mövzusu 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yenidən gündəliyə çıxmışdı. 1994-cü ilin 28 iyun — 2 iyul tarixlərində H. Əliyevin İrana beş günlük ilk rəsmi səfəri zamanı layihənin həyata keçirilməsi haqqında memorandum imzalanmışdır.

Turan agentliyinin 2 iyul 1994-cü il tarixli məlumatında bu haqda yazılır ki, "Tehranda Azərbaycan hökumətinin nümayəndə heyəti və İranın Energetika Nazirliyi arasında sərhəddə yerləşən Araz çayı üzərində Xudafərin körpüsü yaxınlığında (Azərbaycanın Ermənistanın işğalı altında olan cənub-qərb regionu) böyük hidroqovşağın tikintisi haqqında razılıq əldə olunub. Gələcək hidroqovşaq su anbarı və dörd elektrik stansiyasından ibarət olacaq. Su anbarının həcmi 1,6 mlrd. kubmetr su təşkil edəcək. Su anbarının "Qız Qalası" tənzimləyicisinin gündəlik buraxılış qabiliyyəti 60 mln. kubmetr su təşkil edəcək. Hazırda Araz çayından Naxçıvandakı su anbarı vasitəsilə cəmi bir milyard kubmetr sudan istifadə olunur. İlkin qiymətləndirmələrə görə, layihənin dəyəri 700 mln. dollar, tikinti müddəti səkkiz il təşkil edəcək. Mütəxəssisləsin hesablamalarına görə, hidroqovşaq xərcini də səkkiz il ərzində çıxaracaq". Lakin Azərbaycanın Dövlət Meliorasiya Komitəsinin sədri Əhməd Əhmədzadənin həmin vaxt olan açıqlamasına görə "Bu torpaqlar azad edilmədən tikinti haqqında bütün söhbətlər mənasını itirir".[8]

Bəndin tamamlanması 2008-ci ildə baş tutmuşdur. Su anbarının üzərindəki SES isə 2010-cu ildə açılmışdır. Suvarma işləri ilə bağlı tikint hələdə davam edir[9]. İnşaat zamanı bir neçə Tunc dövrünə aid yer, o cümlədən Sak-İskit döyüşçüsünün qəbri tapılmışdır. Su anbarının tikintisi nəticəsində CəbrayılZəngilan rayonlarının bir çox kəndləri və onların əraziləri su altında qalmışdır. Çayın kənarı boyu uzanan dəmir yolu və Bakı-Zəngilan şose yolu da anbarın ərazisində suyun altında qalmışdır.[10]

İran tərəfindən tikintisi başa çatdırılan Xurafərin su anbarı Araz çayının suyu ilə 2010-cu ildə tam su ilə doldurub və Azərbaycanın 1300 hektardan çox ərazisi su altında qoyaraq prosesi yekunlaşdırıb.[11]

2024-cü il mayın 19-da "Xudafərin" hidroqovşağının açılış mərasimi baş tutub. Açılış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə olub.[6]

Xudafərin su anbarı
  1. AzərTAc. "İşğaldan azad olunmuş sərhəd zastavaları üzərində Azərbaycanın dövlət bayrağı dalğalanır" (az.). AzərTAc. 30.10.2020. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.
  2. APA TV. "İşğaldan azad edilən 4 kənddə sərhəd zastavaları bərpa olundu" (az.). Youtube.com. 30.10.2020. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-30.
  3. ""Azərbaycan Respublikası Hökuməti ilə [[İran İslam Respublikası]] Hökuməti arasında [[Araz çayı]] üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" (PDF). 2021-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-17.
  4. 1 2 "Reducing Transboundary Degradation of Kura-Aras River Basin" (PDF). National Report of Islamic Republic of Iran. National TDA-Islamic Republic of Iran. June 2006. 8. 26 February 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 April 2012.
  5. "Arxivlənmiş surət". 2012-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
  6. 1 2 Azərbaycan və İran prezidentlərinin iştirakı ilə "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO
  7. Hayrumyan, Naira. "На что намекает Иран". lragir.am (rus). 24 April 2016. 15 March 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2020. Напомним, что Худаферинская ГЭС строится на реке Аракс, на границе Ирана и Карабаха, в соответствии с договором между Ираном и Арменией, заключенным в 2007 году.
  8. "Xudafərin üçbucağı". 2020-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
  9. "Khdaafryn dam will irrigate 30 thousand hectares of land in East Azarbaijan" (Persian). WNN. 20 April 2010. 13 February 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 April 2012.
  10. ""İran bu gizli və xəyanətkar əməllərinə görə beynəlxalq müstəvidə cavab verəcək…"". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.
  11. "İranla Azərbaycan arasında "Xudafərin müəmması"". 2021-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]