Şərqi Göyçə silsiləsi — Ermənistan və Azərbaycanın sərhəddində yerləşən dağ silsiləsi. İnzibati cəhətdən isə Azərbaycanın Kəlbəcər rayonu və Ermənistanın Geğarkunik mərzi ərazisinə daxildir. Silsilə Göyçə gölündən cənub-şərqdə, Böyük Alagöl və Kiçik Alagöl göllərindən isə şərqdə yerləşir. Silsilə əsasən dağ çöl bitkiləri ilə örtülmüşdür. Silsilənin uzunluğu 45 km təşkil edir. Silsilənin ən hündür zirvəsi Axarbaxar yatmış vulkanıdır[2].
Şərqi Göyçə silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 3426 m |
Uzunluğu |
|
Yerləşməsi | |
40°07′42″ şm. e. 45°57′50″ ş. u. | |
Ölkələr | |
|
|
|