Bu məqalə Şərqi Qazaxıstan regionu haqqındadır. Eyni adlı vilayət üçün Şərqi Qazaxıstan vilayəti səhifəsinə baxın. |
Şərqi Qazaxıstan (qaz. Шығыс Қазақстан) — müasir Qazaxıstan Respublikasının, keçmişdə isə Qazaxıstan SSR-in tərkibində iqtisadi region. 1997-ci il islahatından sonra o, böyümüş Şərqi Qazaxıstan vilayətindən ibarətdir. Bundan əvvəl isə onun tərkibində ləğv olunmuş Semipalatinsk vilayəti də var idi.
Şimalda Rusiya, şərqdə isə Çin ilə həmsərhəddir.
Şərqi Qazaxıstan orta juz qazaxlarının yaşadıqları ərazidir.[1]
Şərqi Qazaxıstan 1932-1933-cü illərdəki aclıqdan ən çox zülm çəkən region idi. Orada yaşayan qazaxların sayı 64,5% azalmışdı.[2]