Şərur Xalq Yallı Ansamblı

Şərur Xalq Yallı Ansamblı — rəqs kollektivi

1929-cu ildə kolxoz rəqs ansamblı kimi yaradılmışdır. İllər keçdikcə kollektiv böyümüş və repertuarını zənginləşdirmişdir.

Beynəlxalq festivallarda iştirakı

[redaktə | mənbəni redaktə et]

1936-cı ildən böyük səhnəyə qədəm qoyan ansambl 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatıincəsənəti ongünlüyündə iştirak etmişdir. Üzeyir Hacıbəyov yallı ansamblına daim qayğı və yardım göstərmişdir. Ansambl dünyanın bir çox ölkələrində keçirilən bədii özfəaliyyət festivallarında iştirak etmiş, diplom və mükafatlara layiq görülmüşdür. 1972-ci ildə keçmiş Almaniya Demokratik Respublikasındə keçirilən ümumdünya folklor rəqsləri festivalında ölkəni təmsil etmiş, festivalın laureatı adını almışdır. I Ümumittifaq xalq yaradıcılığı festivalının, Polşada keçirilən XI beynəlxalq folklor festivalının (1984) da laureatı adına layiq görülmüşdür. Ansambl 1980-ci ildə Macarıstanda keçirilən Azərbaycan mədəniyyətiincəsənəti ongünlüyündə, 1998-ci ildə Bayburt şəhərində “Dədə Qorqud” festivalında, 2000-ci ildə Misirin paytaxtı Qahirədə XII beynəlxalq folklor füstialında da uğurla çıxış etmişdir. Ansamblın çıxışları dəfələrlə Moskva televiziyası ilə göstərilmişdir. Kollektiv yaradıcılıq axtarışlarını daim davam etdirir, repertuarını qədim xalq oyunları ilə zənginləşdirir. Repertuarına ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı və rəqs (“Qaladan-qalaya”, “Tello”, “Xələfi”, “Urfanı”, “Tirmə şal”, “Qazı-qazı”, “Dırqo”, “Höynəri”, “Gülümey”, “Haxışta” və s.) daxildir. Hazırda ansamblın 50-yə yaxın üzvü var (2000). Ansambl gənc ardıcıllarını yetişdirmək sahəsində də səmərəli fəaliyyət göstərir. Çərçiboğan kənd mədəniyyət evinin “Şərur qönçələri”, Yengicə Mədəniyyət Evinin “Cücələrim”, Muğancıq,Mehrab kənd klubunun qızlardan ibarət yallı rəqs qrupu və digər kollektivlərməhz “Şərur” yallı ansamblının yetirmələridir.

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 543. ISBN 5-8066-1468-9.