Haxışta

Azərbaycanın milli rəqsi

HaxıştaAzərbaycanda əsasən toylarda və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növü.

Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Bunu qədim Mezolit dövrünə aid olan Qobustan qayaüstü rəsmlərində əksini tapan rəqs səhnələri sübut edir. Hələ eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Azərbaycanda ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs insanların çəpik çalması ilə əldə edilən ritmik zərblərin müşayiəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehrli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçiriblər[1].

Ha xışla ifadəsindən götürülən milli rəqs çox coşqun, şən, əsasən yüngül hoppanmalar xarakterində ifa olunur. Bəzi rəqslərdə, xüsusən "Halay" rəqsində olduğu kimi üzbəüz dəstələr dayanırlar. Aradakı məsafə 5-6 metr olur. Dəstənin ortasında solist qız dayanır. Onu rəqsə dəvət edir və bu hərəkətləri edərkən mətni oxuyur. Qalan qızlar isə həmin sətirdən sonra uca səslə "Haxışta" deyirlər. Rəqsin musiqisi olmadığına görə ifaçı mətni "Meyxanada" olduğu kimi söyləyir. Rəqsi zərb alətləri (nağara, qoşanağara, dümbək) ilə müşayiət etmək olar. [2]

Novruz bayramında da haxışta oyunu oynamaq adətdir. Novruz bayramında oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər, "haxışta", "bənövşə", "kos-kosa" oynayırlar.

  1. "İradə SARIYEVA (Bakı xəbər,2015 - 10-12 aprel-s.15) məqalə" (az.). imp.nakhchivan.az. 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.
  2. "MİLLİ RƏQSLƏR" (az.). nakhchivan.az. 2015-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]