Mehmet Şadi Çalıq (türk. Mehmet Şadi Çalık; 6 dekabr 1917, İraklion – 24 dekabr 1979, İzmir) — Türkiyə heykəltaraşı. 1940-1948-ci illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında professor Rudolf Bellinqin şagirdi olmuşdur. 1950-1951-ci illərdə karyerasına Fransanın Paris şəhərində davam etmişdir. Dövlət Gözəl Sənətlər Akademiyasının Heykəl bölməsində təhsil üzvü olmuşdur. Plastır, bürünc, dəmir və taxta kimi müxtəlif məmulatlardan istifadə edərək hazırladığı heykəlləri İstanbul Rəsm və Heykəl muzeyində yerləşir. Əsərlərinə Orta Şərq Texniki Universitetində yerləşən Atatürk heykəli, İzmir mədəniyyət parkındakı heykəllər, Əsaf Halət Çələbi büstü, İstanbul bələdiyyə sarayı dekorları və s. aiddir. Neo-klassik üslubunda başladığı karyerasında vaxtilə mücərrəd və "Minimunizm" adlandırdığı heykəli[2] ilə minimalist bir anlayışa istiqamətlənən Çalığın əsərlərində sadəlik və açıqlıq aydın görünür.
Mehmet Şadi Çalıq | |
---|---|
türk. Mehmet Şadi Çalık | |
Doğum tarixi | |
Doğum yeri | İraklion, Krit, Yunanıstan |
Vəfat tarixi | (62 yaşında) |
Vəfat yeri | İzmir, Türkiyə |
Milliyyəti | Türk |
Vətəndaşlığı | Türkiyə |
Fəaliyyəti | heykəltaraş |
Təhsili | İstanbul Dövlət Gözəl Sənətlər Akademiyası |
Janr | Heykəl |
Stil | Abstraksionist Minimalizm |
Təsirlənib | Abidin Eldəroğlu |
Təsir edib | Mehmet Ağsoy[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Mehmet Şadi Çalıq 6 dekabr 1917-ci il tarixində Yunanıstana aid olan Krit adasının İraklion şəhərində anadan olmuşdur.[3] Atası İraklion zadəganı olan Çalıqzadə Şadi bəy, anası isə Xədicə xanın idi.[4] Çalıq hələ 6 yaşında olarkən Türkiyə və Yunanıstan arasındakı 1923-cü il əhali mübadiləsi nəticəsində ailəsi ilə birlikdə Türkiyənin Urla şəhərinə köçmüş, uşaqlıq və erkən gənclik dövrünü orada keçirmişdir.[3]
İbtidai təhsilini tamamladıqdan sonra 1930-cu ildə İzmir Amerikan Kollecinə girmiş, iki sonra isə İzmir Atatürk Liseyi üçün qeydiyyatdan keçmişdir. Liseydən 1939-cu ildə məzun olmuş və İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasına daxil olmuşdur. Akademiyada nasist Almaniyasından Türkiyəyə qaçmış olan alman heykəltaraş Rudolf Bellinqin şagirdi olmuşdur. Akademiyanı 1949-cu ildə bitirmiş, 1950-ci ildə isə Paris şəhərinə getmişdir. Bir il sonra Türkiyəyə geri qayıtmış və 1959-cu ilə qədər işlərinə sərbəst davam etmişdir. 1959-cu ildə Akademiyanın Heykəl bölməsi tərəfindən “peşə işləri müvəffəqiyyətli olduğu” üçün atelye təhsili (assistent) vəzifəsinə layiq görülmüşdür.[5] 1969-cu ildə dosent, 1971-ci ildə isə professor olmuşdur.[6] Yaxın dostu Nəcati Cumalının bacısı Müfidə ilə evlənmiş, bu evlilikdən Sirən və Osman adlı iki uşağı olmuşdur. Mehmet Şadi Çalıq 24 dekabr 1979-cu il tarixində, ürək böhranı nəticəsində İzmir şəhərində vəfat etmişdir. Məzarı İzmir şəhərinin Bornova ilçəsindəki Hacılarkırı qəbiristanlığındadır.[4]
1995-ci ildə İzmit şəhərindəki Saraybaxça bələdiyyəsi və Memar Sinan Universitetinin Heykəl bölməsinin əməkdaşlığıyla “Beynəlxalq I Şadi Çalıq Mərmər Heykəl Simpoziumu” keçirilmişdir. Urla bələdiyyəsi "gələcək nəsillərin xatırlaması" üçün Urlada yerləşəm bir prospektə Şadi Çalıq adı verilmişdir.[7]