Şahdağ (dağ)

ŞahdağBöyük Qafqaz dağlarında Yan silsilədə zirvə, hündürlüyü 4243 metrdir, Qusar rayonu ərazisindədir.

Şahdağ zirvəsi
Qusardan dağın görünüşü
Qusardan dağın görünüşü
Ümumi məlumatlar
Dağ sistemi Böyük Qafqaz
Dağ silsiləsi Yan silsilə
Mütləq hündürlüyü 4243 m
Nisbi hündürlüyü 1.097 m[1]
İlk fəthi Andrey Pastuxov, 1892
Marşrutu Şahdağ dərəsindən
Yerləşməsi
41°16′21″ şm. e. 48°00′16″ ş. u.
Ölkə  Azərbaycan
Region
  • Oxud
Rayon
Şahdağ zirvəsi xəritədə
Şahdağ zirvəsi
Şahdağ zirvəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şahdağda qarla oynayan balaca qız

Adının yaranması

[redaktə | mənbəni redaktə et]

Qusarın yerli rəvayətlərinin birində deyilir ki, çoxsaylı düşmən orduları gəldiyi zaman, yerli əhali sığınacaq olaraq düşmən üçün əlçatmaz olan bu dağa qalxarmış və gecə qəfildən enib düşmənləri məhv edərmiş. Bunun üçün bura şah dağ, yəni şahın yeganə əlçatmaz yeri deyilirdi.[2]

Başqa rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın ailəsi üç nəfərdən ibarət imiş: şah, yoldaşı və oğlu. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona bir könüldən min könülə vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini ona bildirir. Şah, yoldaşı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan qırx gün, qırx gecə yol gedir, vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur. Lakin qız həmin vilayətdə başqa bir oğlana nişanlı idi. Oğlan belə qərara gəlir ki, qızı həmin vilayətdən qaçırıb öz vilayətinə gətirsin. O, belə də edir. Qızla vilayətdən çıxhaçıxda padşah bundan xəbər tutur və atlılar oğlanla qızın arxasınca düşürlər. Oğlan qızı öz vilayətinə gətirib ata-anasına təhvil verir, özü isə dağın başına çıxıb qoşunun gəlməsini izləyir. Artıq qoşun vilayətin ərazisində idi. Oğlan qoşuna ox atıb onlardan bir neçəsini öldürür. Qızın nişanlısı oğlanı dağın başında görür və ürəyini nişan alır. Ox oğlanın ürəyinə sancılır və ölür. Qızın nişanlısı heç kimin xəbəri olmadan otağa girir, bir ox da qızın ürəyinə sancır. Oğlunun ölümünü şaha xəbər verirlər. Elə həmin vaxtdan da dağın adı "Şah dağı" qalır. Əlbəttə, bu xalq rəvayəti ilə dağ adının yaradılmasında müəyyən oxşarlıq vardır.

Lakin toponimik araşdırmalardan məlum olur ki, dağ adının mənşəyi tamamilə başqa bir faktla əlaqədardır. Tədqiqatçılara görə, bu oronimə yüksək, uca, hündür dağ olmasına görə Şah dağ, yəni "dağların şahı", "ən yüksəyi" deyilmişdir. Şah sözü Azərbaycan toponimiyasında "hündür", "yüksək" mənasında işlənir. Azərbaycan ərazisində mövcud dağlardan ən hündür olmasına görə fərqlənən bu oronim tədqiqatçıların fikrini təsdiq edir. Şah dağ – "uca dağ", "hündür dağ" deyilir.


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]


  1. https://www.peakbagger.com/peak.aspx?pid=61219.
  2. https://issuu.com/kcarvi/docs/12