Şahin İsmayılov (azərb. Şahin Zirədddin oğlu İsmayılov) - Azərbaycanlı dosent, texnika elmləri namizədi.
Şahin İsmayılov | |
---|---|
azərb. Şahin Zirədddin oğlu İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Saloğlu qəsəbəsi, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
İxtisası | Neft-Mədən fakültəsi |
Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu |
Fəaliyyəti | dosent, texnika elmləri namizədi |
Fəaliyyət illəri | 1981 - günümüz |
Elmi dərəcəsi | Dosent |
Şahin İsmayılov 1958-ci ilin 7 sentyabr tarixində Qazax rayonunun Saloğlu qəsəbəsində anadan olub. 1965-ci ildə Qazax rayonunun Saloğlu kənd orta məktəbinin birinci sinfinə getmiş və 1975-ci ildə həmin orta məktəbi bitirib. 1976-1981-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırkı ADNSU) Neft-Mədən fakültəsinin bakalavr dərəcəsini alıb. 1999-cu ildə texnika elmləri namizədidir. Neft quyularının işlənməsi üzrə bir çox ixtiraları mövcuddur.
1981-1996-cı illərdə ümumi ittifaq tabelikli, Xəzərdəniz neft-qaz İstehsalat Birliyinin Neft Daşları NQÇİ-də müxtəlif vəzifələrdə neftqazçıxarma operatoru, ustası, böyük mühəndis-texnoloq, quyuların cari və əsaslı təmir sexlərinin rəis müavini və rəisi, idarənin neftqaz hasilatı və nəqli üzrə istehsalat şöbəsinin rəis müavini və rəisi, o cümlədən, NQÇİ-nin Baş mühəndisinin istehsalat üzrə müavini işləyib.
1996-cı ildən 2003-cü ilə qədər Neft Daşları NQÇİ-nin Baş mühəndisi. 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-nin Azneft İstehsalat Birliyinin Baş mühəndisi işləyib. 2006-2007-ci illərdə "Azneft" İB-nin baş Direktoru kimi çalışıb.[1] 2016-cı ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-qaz mühəndisliyi kafedrasında dosent vəzifəsində işləyir. Hazırda həmin kafedranın müdiridir.