Şahin Soltan oğlu Bağırov (12 yanvar 1965, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədri (2023-cü ildən), gömrük xidməti general-leytenantı (2014).
Şahin Bağırov | |
---|---|
Vəzifədədir | |
14 fevral 2023-cü ildən | |
(i. e. 18 iyul 2022 – 14 fevral 2023, 14–16 fevral 2024) | |
Prezident | İlham Əliyev |
Baş nazir | Əli Əsədov |
Əvvəlki | Səfər Mehdiyev |
18 iyul 2022 – 14 fevral 2023 | |
16 yanvar 2014 – 6 iyul 2018 | |
Sədr | Aydın Əliyev Səfər Mehdiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 yanvar 1965 (59 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi |
Gömrük xidməti general-leytenantı |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Voronej Dövlət Universitetinin[rus.] İqtisadiyyat fakültəsini, ikinci təhsil kimi isə 2003-cü ildə Rusiya Gömrük Akademiyasının[rus.] Gömrük işinin təşkili fakültəsini bitirmişdir. 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yiyələnmişdir.[1]
Şahin Bağırov əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan aqrar-sənaye kompleksi sistemində başlamışdır.[1] 1992-ci ildən gömrük sistemində inspektor kimi çalışmağa başlamış, Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı" gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində işləmiş, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini, sonra isə rəisi olmuşdur.[2]
Şahin Bağırov 16 yanvar 2014-cü ildən[3] 6 iyul 2018-ci ilədək[4] Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini olmuşdur. 2019–2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışmışdır.[1] 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilmiş, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.[5] 14 fevral 2023-cü ildə bu komitənin sədri vəzifəsinə təyin edilmişdir.[6]
Şahin Bağırov Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun sədr müavini, Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq Yük Daşımaları haqqında" Gömrük Konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsində, eləcə də Sərhədlərdə Yüklərə Nəzarət Şərtlərinin Razılaşdırılması üzrə Beynəlxalq Konvensiyanın (1982) İnzibati Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.[1]
28 yanvar 2005-ci ildə ona gömrük xidməti general-mayoru[7], 2014-cü ilin fevralın 3-də isə gömrük xidməti general-leytenantı[8] ali xüsusi rütbələri verilmişdir.
Ailəlidir, iki övladı var.