Aydın Əliyev (general-polkovnik)

Aydın Əli oğlu Əliyev (28 may 1957, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2006–2018), gömrük xidməti general-polkovniki.

Aydın Əliyev
6 fevral 2006 – 23 aprel 2018
Prezidentİlham Əliyev
Baş nazirArtur Rasi-zadə
ƏvvəlkiKəmaləddin Heydərov
SonrakıSəfər Mehdiyev
18 fevral 1999 – 6 fevral 2006
SədrKəmaləddin Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi 28 may 1957(1957-05-28) (67 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Rütbəsi
Gömrük xidməti general-polkovniki

Təltifləri "Şöhrət" ordeni "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aydın Əliyev 28 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Universitetində müəllim vəzifəsindən başlamışdır. 1980–1992 illərdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində böyük məsləhətçi, nazirin köməkçisi, kadrlar şöbəsinin rəis müavini, şöbə rəisi, Azərbaycan Respublikası Dövlət Arbitrajında arbitr, Azərbaycan Respublikasının Ali Məhkəməsində şöbə rəisi vəzifələrində çalışmışdır.

1992–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində inspektor, şöbə rəisi, aparıcı mütəxəssis, Baş İdarə rəisi vəzifələrində çalışmışdır.

1999-cu ilin fevral ayından 2006-cı ilin 6 fevralına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini vəzifəsində çalışmışdır.

6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində çalışır.

27 yanvar 2017-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilmişdir.[1]

23 aprel 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəsindən azad edilib.

Ailəlidir, 2 övladı var.[2]

25 may 2017-ci ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir[3]

  1. "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI" (azərb.). 27 yanvar 2017. 2017-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-27.
  2. "Arxivlənmiş surət". 2019-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
  3. "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-23.