Şahismayıl Məmmədov (azərb. Məmmədov Şahismayıl Şəmmədoğlu; 10 aprel 1962, Kosalı, Qardabani rayonu) — Gürcüstan Respublikasının əməkdar jurnalisti[1], "Şərəf" və "Şöhrət" ordeninə layiq görülmüş azərbaycan əsilli jurnalisti.
Şahismayıl Məmmədov | |
---|---|
Şahismayıl Şəmmədoğlu Məmmədov | |
Təxəllüsü | Şahismayıl Şəmmədoğlu |
Doğum tarixi | 10 aprel 1962 (62 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili |
|
İxtisası | fransız dili müəllimi, jurnalistika |
Mükafatları |
Məmmədov Şahismayıl Şəmmədoğlu, 1962-ci il 10 apreldə Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur.[2] 1969–1979-cu illərdə Kosalı kənd orta məktəbində təhsil almış və məktəbi fərqlənmə ilə bitirmişdir. 1980-ci ildə SSRİ-nin 50 İlliyi adına Azərbaycan Pedaqoloji Xarici Dillər Universitenin fransız dili fakültəsində təhsil almışdır. 1985-ci ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1982-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistka fakültəsində qiyabi təhsil almışdır və 1986-cı ildə həmin fakültəni fərqlənmə ilə bitirmişdir.
3 övladı və 3 nəvəsi var.
1986-cı ildən 1989-cu ilə qədər Kosalı rayonu orta məktəbində fransız dili müəllimi kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən 1992-ci ilə qədər o zaman SSRİ Nazirlər Sovetinin mərkəzi komitənin və Ali Sovetin orqanı olan "Sovet Gürcüstanı" qəzetində xüsusi muxbir vəzifəsində və Xəbərlər Departamentinin rəhbəri kimi fəaliyyət göstərmişdir. 1992-ci ildə "Azərtac"-ın Gürcüstan müxbiri təyin olunmuşdur. 1994-cü ildə isə AZTV-nin Gürcüstan müxbiri təyin olunmuşdur. 1992-ci ildən 2005-ci ilə qədər həm AZTV-nin həm də "Azərtac"-ın müxbiri vəzifəsində çalışıb. 1994-cü ildən bugünədək Azərbaycan Dövlət Televiziyasının Gürcüstan üzrə xüsusi müxbiri vəzifəsində işimi davam etdirir.[3]
"Heydər Əliyev və Gürcüstan" kitabı[4] 2008-ci ildə gürcü və Azərbaycan dillərində nəşr olunmuşdur. Ssenariləri əsasında 2010-cu ildə "Heydər Əliyev və Gürcüstan", Prezident İlham Əliyevin 50 illik yubileyi münasibətilə isə "İlham Əliyev və Gürcüstan" sənədli filmləri hazırlanmışdır.[5] Bundan başqa, o, "Dənizdən-dənizə", "Dostluğun etalonu", "Dostluq yolu", "İrsiyyət Fondu", "Sabitliyin təminatı", "Bu gündən gələcəyə" adlı filmlərin müəllifidir.[6]
Gürcüstan prezidenti Eduard Şevardnadzenin sərəncamı ilə 2001-ci il 15 fevralda "Şərəf" ordeninə layiq görülmüşdür.[7] Mixeil Saakaşvilinin sərəncamı ilə Gürcüstanın "Şərəf"[8] və "Şöhrət"ordeninə layiq görülmüdür. Gürcüstanın prezidenti Georgi Marqvelaşvili sərəncamı ilə əməkdar jurnalist adına layiq görülüb.[9] Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. 1992-ci ildən 2023-cü ilə qədər ilin sonunda Gürcüstanda fəaliyyət göstərən xarici jurnalistlər arasında 11 dəfə ilin ən yaxşı jurnalisti adına layiq görülüb.