Kosalı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı rayonunun inzibati-ərazi vahidində kənd. Qarayazı düzündə, avtomobil yolu kənarında, rayon mərkəzindən 5 km gündoğarda, dəniz səviyəsindən 290 m yüksəklikdə yerləşir.
Kosalı | |
---|---|
ქესალო | |
41°25′52″ şm. e. 45°05′48″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1886 |
Mərkəzin hündürlüyü | 290 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1300[2] |
Kəndin adı mənbələrdə ilk dəfə 1886-cı ildə regionda aparılan əhalinin siyahıyalınması zamanı çəkilir. Bu zaman kəndin adı Kosalı-Qaracalar kimi qeyd olunub.[3]
Kəndin əhalisi 1886-cı ildə 161 ailədə 887 nəfər; 1926-da 425 ailədə 2004 nəfər; 1995-da 1095 ailədə 5836 nəfər; 2002-də 5612 nəfər, 2006-da 6000 nəfər təşkil edib. Əhalinin 98%-i azərbaycanlılardan ibarətdir.
Kənddə 19-cu əsrdən məscid fəaliyətdədir. Dünyəvi məktəb 1918-ci ildən fəaliyyətdədir. Kosalı orta məktəbində 2006-cı ildə 1028 şagird, 73 müəllim olub.