Şahmar Şəmistan oğlu Hüseynov (2 mart 1974, Azərbaycan) — "Azneft" İstehsalat Birliyinin sabiq[1] baş direktoru.[2][3]
Şahmar Hüseynov | |
---|---|
Vəzifədədir | |
27 dekabr 2019-cu ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 mart 1974 (50 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
İxtisası | Neft-qaz yataqlarının işlənməsi və istismarı, dağ mühəndisi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | texnika üzrə fəlsəfə doktoru |
|
|
Təltifləri |
|
Şahmar Hüseynov 2 mart 1974-cü ildə Qazax rayonu, Eynallı kəndində (indiki Ağstafa rayonu, Eynallı kəndi) anadan olmuşdur.[mənbə göstərin]O, 1991–1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki — ADNSU) "Neft-qaz yataqlarının işlənməsi və istismarı" fakültəsində təhsil alıb.
Şahmar Hüseynov 1991–1996-cı illərdə "Leninneft" Neft-Qaz Çıxarma İdarəsində mexaniki yığma işləri üzrə çilingər, 1991–2010-cu illər arasında isə "Balaxanıneft" Neft-Qaz Çıxarma İdarəsinin müxtəlif vəzifələrində işləmişdir. 2010–2012-ci illərdə "Siyəzənneft" Neft-Qaz Çıxarma İdarəsində baş mühəndis, 2012–2013-cü illərdə H. Z. Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi, 2013–2019-cu illər arasında isə Abşeronneft NQÇİ-nin rəisi vəzifəsində çalışan Şahmar Hüseynov 27 dekabr 2019-cu ildən etibarən "Azneft" İstehsalat Birliyinin baş direktoru təyin edilmişdir.[2][3] 2024-cü ilin mart ayında vəzifəsindən azad edilib.[1]
Şahmar Hüseynov həm də bir çox elmi əsərlərin də müəllifidir.[4] 2018-ci ildə "Neft, qaz quyularında süzgəc zonanın əlverişli vəziyyətdə saxlanmasını həyata keçirən texnika və texnologiyanın elmi əsaslarla işlənməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru adını almışdır.[mənbə göstərin] O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən neftin sənaye üsulu ilə hasilatının 160 illiyi ilə əlaqədar olaraq ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə 18 sentyabr 2008-ci il sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmiş,[5] 19 sentyabr 2017-ci ildə isə prezidentin eynitarixli sərəncamı ilə neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar mühəndis" fəxri adına layiq görülmüşdür.
Şahmar Hüseynov ailəlidir, iki övladı var.