Şahmar Vidadi oğlu Mənəfov (20 mart 1990; Neftçala rayonu, Azərbaycan SSR — 21 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Şahmar Mənəfov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəngan, Neftçala, Azərbaycan SSR |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Cəngan, Neftçala, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | K/gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
|
Şahmar Mənəfov 1990-cı il martın 20-də Neftçala rayonunun Cəngan kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun kiçik giziri olan Şahmar Mənəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahmar Mənəfov oktyabrın 21-də Hadrutun azad edilməsi zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Neftçala rayonunun Cəngan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.[2]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]