Qırmızı Bazar

Qırmızı BazarAzərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd.[1] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qırmızı Bazar qəsəbəsi Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Qırmızı Bazar qəsəbəsi Azərbaycanın nəzarətinə qayıtmışdır.

Qırmızı Bazar
39°40′33″ şm. e. 46°56′55″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 670 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 926 nəf. (2005)
Xəritəni göstər/gizlə
Qırmızı Bazar xəritədə
Qırmızı Bazar
Qırmızı Bazar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qırmızı Bazar qəsəbəsi

Qəsəbə keçmişdə bazar yeri olmuşdur. Yerli məlumata görə, 1924-cü ildə ilk dəfə burada 1 May Həmrəylik günü keçirilmiş və həmin vaxtdan da bu yer Qırmızı Bazar adlanmısdır. Tədricən Mavaş, Sixtoraşen, Bilbilyak, Şixer və Tağaverd kəndlərindən köçüb gələnlər məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir.[2]

Qırmızı Bazar 1947-ci ildə şəhər tipli qəsəbə statusu alıb. Ərazi vahidi olaraq DQMV-də Martuni rayonuna tabe idi. SSRİ dağıldıqdan sonra Azərbaycan höküməti tərəfindən DQMV ləğv olundu, Qırmızı Bazar qəsəbəsi isə yeni yaradılmış Xocavənd rayonunun tabeliyinə verildi. Qarabağ müharibəsi başladıqda qəsəbə erməni separatçılarının nəzarətində idi. Azərbaycan ordusunun 1992-ci il iyunun 28-də Qırmızı Bazar istiqamətində keçirdiyi genişmiqyaslı əməliyyat uğursuzluqla nəticələnib.[3] Müharibə nəticəsində qəsəbə Ermənistan Silahlı Qüvvələrinin işğalı altında qalıb. Birinci Qarabağ müharibəsində kəndin 40 nəfər erməni sakini öldürülüb. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı qəsəbədə ciddi dağıntılar baş verib, təxminən 120 ev döyüşlər nəticəsində ziyan görüb. Müharibə zamanı Azərbaycan ordusu qəsəbənin bir kilometrliyinə qədər irəliləyib. Müharibənin nəticələrinə əsasən Qırmızı Bazar qəsəbəsi Rusiya sülhməramlılarının nəzarətinə verilib. Müharibədən sonra 2021-ci ildə qəsəbədə təxminən 800 nəfər əhali yaşayırdı.[4]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qəsəbə Köndələnçayın (Arazın qolu) sol sahilində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] XXXX XXXX XXXX
2009[6] ↗XXXX ↗XXXX ↗XXXX
Milli tərkibi
Siyahıyaalınma ili
1959[7]
1970[8]
1979[9]
2008
2009
2010[10]
Ermənilər 673
(98,7 %)
1 075
(99,4 %)
1 093
(99,2 %)
977
(100 %)
979
(100 %)
1 010
(100 %)
Azərbaycanlılar 5
(0,7 %)
3
(0,3 %)
3
(0,3 %)
0
(0 %)
0
(0 %)
0
(0 %)
Ruslar 3
(0,4 %)
1
(0,1 %)
4
(0,4 %)
0
(0 %)
0
(0 %)
0
(0 %)
Digərləri 1
(0,1 %)
2
(0,2 %)
2
(0,2 %)
0
(0 %)
0
(0 %)
0
(0 %)
Cəmi 682 (100 %) 1 081 (100 %) 1 102 (100 %) 977 (100 %) 979 (100 %) 1 010 (100 %)

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

1930-cu illərdə qəsəbəyə daxili su təchizatı şəbəkəsi çəkilib. Sovet dövründə burada şərab və yağ-pendir zavodu fəaliyyət göstərib. Qəsəbədəki şərab zavodu 2000-ci ildə fəaliyyətini bərpa edib. 2016-cı ildə ümumerməni "Hayastan" Fondunun vəsaiti hesabına burada bələdiyyə mərkəzi tikilib.

Sovet vaxtı qəsəbədə klub, kitabxana, kinoteatr və ATS fəaliyyət göstərib.[11]

Qəsəbədə məktəb və uşaq bağçası mövcuddur.

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Sovet vaxtı qəsəbədə xəstəxana mövcud olub.

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 59" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-12.
  2. Qırmızı Bazar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
  3. "Ermənilər terrorçu qrup yerləşdirilmiş qəsəbəmizdə belə binalar tikdi...-FOTO". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-16.
  4. "Qırmızı Bazar və Şuşakənd kəndlərinin sakinlərini Azərbaycan kolonnalarının hərəkəti narahat edir". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-15.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  6. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.
  7. "Etnokafqaz. 1959-cu ildə siyahıyaalma üzrə Martuni rayon əhalisinin milli tərkibi". 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
  8. "Etnokafqaz. 1970-ci ildə siyahıyaalma üzrə Martuni rayon əhalisinin milli tərkibi". 2020-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
  9. "Etnokafqaz. 1979-cu ildə siyahıyaalma üzrə Martuni rayon əhalisinin milli tərkibi". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
  10. "Qarabağda əhalinin siyahıyaalınması". 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-13.
  11. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. III ҹилд: ГајыбовЕлдаров. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1979. С. 173.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]