Şahmat (alm. Schachnovelle) — 1942-ci ildə Braziliyada sürgündə olan alman yazıçı Stefan Sveyq tərəfindən yazılmış roman.[1] Roman ilk əvvəl 1942-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə 250 nüsxə ilə buraxılmışdır. İngiliscə versiyası isə 1944-cü ildə Nyu-Yorkda nəşr olunmuşdur. Almaniyada kitabın 1.200.000 nüsxəsi satılmışdır.
Şahmat | |
---|---|
alm. Schachnovelle | |
Müəllif | Stefan Sveyq |
Janr | dram |
Orijinalın dili | alman |
Ölkə | |
Orijinalın nəşr ili | 1941 |
Tərcüməçi | Çərkəz Qurbanlı (azərb.) |
Səhifə | 114 (azərb.) |
Tiraj | 250 |
Elektron versiya Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Hekayə Nyu-Yorkdan Buenos-Ayresə gedən gəmidə baş verir. Bir qrup sərnişin şahmat üzrə dünya çempionu Mirko Çentoviçi təşkil etdikləri oyuna dəvət edirlər. İlk oyunu gözləndiyi kimi şahmat çempionu qazanır. Cavab oyununda yenə az qala Çentoviç qalib gələcək ikən Doktor B. adında sərnişin oyuna qatılır və oyun heç-heçə bitir. Sərnişinlər Çentoviç ilə Doktor B. arasında bir müsabiqə təşkil edirlər. Müsabiqə başlamamışdan əvvəl Doktor B. şahmatı necə öyrəndiyini hekayəyi danışana söyləyir. Sən demə Doktor B. alman gestaposu tərəfindən həbs olunur. Onu gestapoya gətirirlər. Gestapoda olarkən divardan asılmış paltonun cibində olan şahmat kitabını oğurlayır. Kitabdakı bütün şahmat oyunlarını və taktikaları şahmat taxtası olmadan öz təfəkküründə oynamağa başlayır. Şahmat onu gestapoda dəli olmaqdan xilas edir. Amma bütün oyunları əzbərlədikdən sonra kitabı oğurlamazdan əvvəlki vəziyyətinə düşür. Buna görə başında yeni oyunlar icad edir və şizofrenik tərzdə əsəb krizi keçirənə qədər öz-özünə oynayır. Sonda həbsxanadan buraxılır. Gəmidəki müsabiqənin ilk oyununda Doktor B. qələbə çalır. Doktor B. şahmat çempionunun bütün həmlələrini əzbərləyir, Çentoviçin bütün gedişlərini əvvəlcədən hesablayır. İkinci oyunda Çentoviç qarşısındakı rəqibin əsəbləşdiyi görüb yavaş oynamağa başlayır və Doktor B. buna dözməyincə oyun yarımçıq qalır.