Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Stefan Sveyq (almanca Stefan Zweig, 28 noyabr 1881[1][2][…], Vyana, Avstriya-Macarıstan[3] – 22 fevral 1942[3], Petropolis, Rio-de-Janeyro[3]) — alman romançı, bioqrafiya yazarı, araşdırmaçı və publisist.
Stefan Sveyq | |
---|---|
Stefan Zweig | |
Doğum tarixi | |
Doğum yeri | Vyana, Avstriya-Macarıstan |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Petropolis, Rio de Janeyro nın yaxınlığında |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, tərcüməçi, jurnalist, dramaturq, şair, ədəbiyyat tənqidçisi, tarixçi, bioqraf, romançı, nasir, esseist |
Fəaliyyət illəri | 1901-1942 |
Əsərlərinin dili | alman |
Janr | roman |
Tanınmış əsərləri |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Stefan Zveyq zəngin bir yəhudi tekstil istehsalçısı (fabrikant) olan Moritz Zveyq və yəhudi bankirin qızı olan İda Brettauerin oğlu olaraq Vianada dünyaya gəldi.[4]
Yazıçının uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur: özü bu haqda hər zaman çox xəsisliklə danışıb. 1900-cu ildə gimnaziyanı bitirdikdən sonra Sveyq Vyana universitetinə daxil olub. Artıq tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra Londona, Parisə (1905) yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ni, Kubanı, Panamanı (1912) səyahət edib. Birinci Dünya savaşının son illərində (1917-1918) İsveçrədə, 1919-1934-cü illərdəsə Salzburqda yaşayıb. Savaş əleyhinə kəskin çıxışlar edib. Nasistlər hakimiyyətə gələndən sonra Salzburqu tərk etmək məcburiyyətində qalıb. 1938-ci ildə İngiltərəyə, 1939-da isə Nyu-Yorka gedib, bir neçə ay sonra da Braziliyaya yollanıb. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Emil Verxarndan etdiyi tərcümələrlə tanınıb. Çox sayda esse, hekayə, romanlarla yanaşı, çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləriylə də şöhrət qazanıb. Psixologiyaya və Freyd təliminə böyük marağı Sveyqin əsərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Özəlliklə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinlik baxımından diqqəti cəlb edir. Sveyq müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada arvadıyla birlikdə intihar etmişdir. Müxtəlif insan talelərini fərqli süjetdə oxucuya təqdim edən Svayq Birinci Dünya müharibəsi başlayanda müharibəyə etiraz edən bir sıra yazıçıya qoşulub. Fanatizm və dözümsüzlüyü həmişə pisləyib. Yazıçının "Jozef Fuşe - siyasi xadimin portreti", "Bəşəriyyətin ulduzlu saatları", "Dünənin dünyası" və s. əsərləri Azərbaycan türkcəsinə tərcümə olunub.
Dövrünün görkəmli şəxsləri Emil Verxarn, Romen Rollan, Ogüst Roden, Tomas Mann, Ziqmund Freyd, Herman Hesse, Maksim Qorki, Rixard Ştraus, Bertold Brext və b. ilə dostluq etmişdir.
22 fevral 1942-ci ildə Rio de Janeyroda Petropolisin evində həyat yoldaşı Lotte ilə yatarkən intihar etdi. Bu, Hitlerin dünya quruluşunun davamlı təfsirinin və onun dünyasının heç bir zaman mövcud olmayacağı fikri ilə bağlı pessimizmdən qaynaqlanırdı.
Petropolisdəki bir dövlət cənazəsi ilə dəfn edildi. Petropolisdəki evi muzeyə çevrildi.
Hər yeni günlə bu ölkə daha çox sevməyi öyrəndim, ruhi ana vətənim Avropa özünü yox etdikdən və ana dilimin dünyası yox olduqdan sonra dünyanın heç bir yerində həyatımı bu qədər sevə-sevə yenidən qura bilməzdim.
Amma altmış yaşdan sonra tam mənada yenidən başlamaq çox xüsusi bir güc tələb edir. Və mənim gücüm illər sürən vətənsiz səfərlərdən sonra yaxşıca tükəndi. Bu səbəblə həyatımı doğru zamanda və doğru bir şəkildə başa vurmağımın yaxşı olacağına inanıram.
Həyatım boyu mənəvi məşğuliyyətim, ən böyük həzz mənbəyim və şəxsi azadlığım ən uca dəyərim oldu. Bütün dostlarımı salamlayıram! Hamısına uzun gecədən sonra gələn dan yerinin qızılllığını görmək nəsib olsun! Mən, həmişəki səbirsizliyimlə öndən gedirəm».Stefan Sveyq