Şakir Yaqubov

Şakir Hənifə oğlu Yaqubov (25 fevral 1951, Bala Şahağac, Astara rayonu15 oktyabr 2022) — jurnalist, iki dəfə Azərbaycanın əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı, "Qızıl qələm" və Həsənbəy Zərdabi mükafatları laureatı, Azərbaycan Respublikasının fəxri auditoru (2011)[2]

Şakir Yaqubov
Şakir Hənifə oğlu Yaqubov
Doğum tarixi
Doğum yeri Bala Şahağac, Astara rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi [1] (71 yaşında)
Vətəndaşlığı Azərbaycan Azərbaycan
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti Jurnalist
Mükafatları "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 1989"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adı — 2005

Şakir Yaqubov 1951-ci il fevralın 25-də Astara rayonunun Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm–Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib.[3] Leytenant rütbəsində iki il keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub. İki övladı, dörd nəvəsi var.

1974–2000-ci illərdə "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat" (indiki "Azərbaycan"), "Sirdaş", "Səhər" və "AFFA news", "Panorama" qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, "İqtisadiyyat və audit" elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb. O, dövri mətbuatda çap olunmuş onlarca digər dəyərli əsərin tərcüməçisi, Vasif Səmədov, Bəxtiyar Sadıqov, Müsəllim Həsənov, Adil Qaçayoğlu və digər yazarların publisistik kitablarının, habelə auditə dair 35-dən çox elmi-kütləvi nəşrin redaktorudur. Müxtəlif janrlı yazıları ayrı-ayrı toplulara, o cümlədən əxlaq mövzusunda "Sevirsə, qayıdacaq…" adlı oçerki IX siniflər üçün "Ailə həyatının etika və psixologiyası üzrə müntəxabat"a (Bakı, 1989-cu il) daxil edilib.[2]

  • "Mən şahidəm ki…";
  • "Qətiyyətin təntənəsi";
  • "Hakim mərkəzi göstərər";
  • "Bizim səfər haçandı?!";
  • "Banişevski olduğu kimi";
  • "Taleyimdən keçənlər";
  • "Yaddaşımın küncündən…";
  • "Bir az da futbol(umuz)dan".[4]

Həmmüəllifi olduğu əsərlər

[redaktə | mənbəni redaktə et]
  • "Vətən bizim şöhrətimiz…" (kitab);
  • "Bizim müasirimiz" (kitab);
  • "On ikinci şeyxülislam" (kitab);
  • "Qanlı Yanvar dialoqu" (kitab); (#empty_citation)
  • "Klassik islam" (monoqrafiya, məşhur islamşünas alim Q. E.fon Qrünebaumun əsəri);
  • "Onlar belə sevirdilər" (kitab, Ə. Ağalarov və E. Cabbarovla birgə tərcümə)

İki dəfə – sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) "Əməkdar mədəniyyət işçisi" fəxri adına, 2014-cü ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, habelə "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. "Azərbaycan Respublikasının fəxri auditoru" adını almış ilk və yeganə peşəkar jurnalistdir. 2014-cü ildə Ali Media Mükafatı ilə təltif edilmişdir[5].

15 oktyabr 2022-ci ildə dünyasını dəyişib.

  1. "Arxivlənmiş surət". 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-15.
  2. 1 2 "Veteran jurnalistlər". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  3. "Fakültənin görkəmli elm xadimləri və məzunları". 18 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
  4. "Şakir Yaqubovun yeni kitabı". 2019-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.
  5. "Ali Media Mükafatını kimlər aldı?". 2019-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]