Sadıqov Bəxtiyar Yusif oğlu (10 yanvar 1951, Ağdam) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı.[1]
Bəxtiyar Sadıqov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Sadıqov Bəxtiyar Yusif oğlu |
Doğum tarixi | 10 yanvar 1951 (73 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Bəxtiyar Sadıqov 1951-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1965-ci ildə Ağdam Şəhər 4 nömrəli səkkizillik məktəbini bitirmiş. 1965–1969-cu illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda oxumuşdur. 1969-cu ildə "Ağac biçmə və ağac emalı texnologiyası" üzrə texnik-texnoloq ixtisasına yiyələnmiş, fərqlənmə diplomu aldığına görə pedaqoji sovetin qərarı ilə ali məktəbə oxumağa ezam edilmişdir. Həmin ili Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinə daxil olaraq 1974-cü ildə oranı da fərqlənmə diplomu ilə bitirmişdir. Texnikumda oxuyarkən texnikum üzrə tələbə həmkarlar təşkilatının sədri, Universitetdə isə Jurnalistika fakültəsinin komsomol təşkilat katibi seçilmişdir. Texnikumu qurtardıqdan sonra 6 ay — 1969-cu ilin aprelindən – sentyabrınadək Ağdam şəhər Kommunal Təsərrüfatı idarəsində fəhlə, BDU-nu qurtardıqdan sonra isə 8 ay — 1974-cü ilin sentyabrından 1975-ci ilin aprelinədək "Azərbaycan" nəşriyyatının qəzet-jurnal sexində çeşidləyici işləmişdir. 1975-ci ilin aprelindən "Abşeron" qəzetində əvvəlcə korrektor, sonra müxbir, kənd təsərrüfatı şöbəsinin müdiri, redaktor müavini vəzifələrində çalışmışdır.
1986-cı ildə "Kommunist" qəzetinə dəvət edilmişdir. 1986-cı ildən 1991-ci ilədək "Kommunist" qəzetində baş müxbir və kənd təsərrüfatı şöbəsinin müdiri işləmişdir. 1991-ci ildə yeni nəşrə başlayan "Həyat" qəzetinə dəvət edilmişdir. 1992-ci ilədək "Həyat" qəzetində zona müxbiri işləmişdir. "Həyat" qəzeti "Azərbaycan" qəzeti ilə birləşdirilərkən əvvəlcə hər iki qəzetin Qarabağ bölgəsi üzrə xüsusi – hərbi müxbiri işləmişdir. Daha sonra "Azərbaycan"ın müxbiri, şöbə müdiri olmuşdur. 2002-ci ilin aprelindən indiyədək "Azərbaycan" qəzetinin baş redaktorudur. Ehtiyatda olan zabit, kapitandır.
2000-ci ildə 119 nömrəli Ağdam kənd seçki dairəsindən Milli Məclisə deputat seçilmişdir. İkinci, üçüncü, dördüncü və beşinci çağrış Milli Məclisin deputatı olmuşdur.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Mətbuat Şurası İdarə Heyətinin, KİV-in İnkişafına Dövlət Dəstəyi Müşahidə Şurasının, Respublika Ağsaqqallar Şurasının Məclis üzvüdür.