Şakir Zümrə (d. 1885, Varna - ö. 16 iyun 1966) Türkiyə Respublikasının ilk sənayeçisi, İstiqlaliyyət müharibəsi dövründə Türkiyənin ilk şəxsi "aviasiya bombası" fabrikinin yaradıcısı və hüquqşünas.
Şakir Zümrə | |
---|---|
Doğum tarixi | 1885 |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyun 1966 |
Fəaliyyəti | sənayeçi, hüquqşünas |
İlk türk aviasiya bombası sənayesinin yaradıcısı Şakir Zümrədir.
İbtidai təhsilini Varnada başa vurduqdan sonra Cenevrəyə getmişdir. Orta təhsilini başa vurduqdan sonra 1908-ci ildə Cenevrədə hüquq fakültəsini bitirmişdir.
Birinci Dünya müharibəsi illərində o Varnadan seçilən türk millət vəkili olaraq Bolqarıstan parlamentindəki 17 türk nümayəndəsindən biri kimi parlamentə daxil olmuşdur. O, marşal Fevzi Çaxmaqın yaxın qohumudur. Elə həmin illərdə Sofiyada polkovnik-leytenant hərbi rütbəsi ilə Türkiyə Hərbi Attaşesi vəzifəsini icra edən Mustafa Kamalla tanış olmuş və onunla yaxın dostluq münasibətləri yaratmışdır. İstiqlaliyyət müharibəsini dəstəkləmək üçün xaricdən Anadoluya silah və sursat göndərməklə yanaşı, Türkiyəyə müharibə sənayesində istifadə oluna biləcək usta və texniki işçilərin tapılmasında da köməklik göstərmişdir. Bu mühüm xidmətlərinə görə o, ağ zolaqlı İstiqlal medalı ilə təltif edilmişdir.
İstiqlaliyyət müharibəsindən sonra Türkiyəyə qayıdan Şakir Zümrə Atatürkün icazəsi ilə Türkiyə müdafiə sənayesinin ilk şəxsi sektor fabrikini yaratmışdır. İlk istehsal edilmiş olan məhsullar Bolqarıstandan gətirilən əcnəbi texniki işçilər tərəfindən həyata keçirildiyi halda, 1930-cu illərdən etibarən bolqar texniki işçiləri zamanla yetişdirilmiş olan türk işçilər əvəz etmişdirlər.
Türkiyə Hərbi Hava Qüvvələrinin və Türkiyə Quru Qoşunlarının ehtiyacı olan ilk silah və sursatlar, ilk türk sualtı bombaları Şakir Zümrənin fabrikində istehsal edilmişdir. Bu fabrikdə 100 kq, 300 kq, 500 kq və 1000 kq-lıq təyyarə bombaları və müxtəlif yandırıcı bombalar kütləvi formada istehsal olunmuşdur. Türkiyə Hərbi Dəniz Qüvvələrinin tələb etdiyi müxtəlif ölçülü su bombaları və döyüş sursatları da fabrikin kütləvi istehsal etdiyi məhsullar arasında olmuşdur. İlk türk sualtı su bombaları da bu fabrikdə istehsal edilmişdir.
Şakir Zümrənin fabriki təkcə daxili ehtiyacları istehsal etməklə kifayətlənməmiş, 1937-ci ildə istehsal etmiş olduğu silah və sursatları xaricə, hətta Yunanıstana ixrac etmişdir.
İkinci Dünya Müharibəsinin sonunda ABŞ-ın verdiyi silah dəstəyinə görə Şakir Zümrə Fabrikləri silah və sursat istehsalını dayandıraraq Türkiyədə böyük bir ad çıxarmış olacaq "Şakir Zümrə" markalı sobalar istehsal etməyə başlamışdır. O, Türkiyənin 2-ci ən böyük iqtisadi konqresi olan və sənayeçilərə verilən hüquqların yaxşılaşdırılması məqsədilə keçirilmiş olan “1948 Türkiyə İqtisadiyyat Konqresi”nin iştirakçıları arasında olmuşdur.[1]
Şakir Zümrənin 1966-cı ildəki vəfatından sonra yalnız daha 4 il fəaliyyətini davam etdirə bilən fabrik 1970-ci ildə bağlanmış və bununla da böyük bir sənaye potensialı itirilmişdir.