Şaktizm (Sanskrit dilində:शाक्तं, Śāktaṃ IAST, hərfi mənada "güc doktrinası" və ya "İlahə doktrinası") — induizmin əsas istiqamətlərindən biri, Şakti və ya Devaya (induizmdə Ana-İlahə - Allahın mütləq və ilk başlanğıc formasıdır) inam hissidir. Vaynaşizm, şivaizm və smartizm ilə birlikdə induizmdə dörd əsas ənənədən biridir.
|
Şaktizm mistisizmə güclü bağlılığı ilə səciyyələnir. Qədim dövrlərdə şaktizm ayrıca təriqət kimi inanclı insanları ekstatik vəziyyətdə Şaktinin dünyəvi gücü ilə birləşməsinə çağırışlarına əsaslanan xüsusi ayinlərlə müşahidə olunurdu.
Şaktizmin kökləri ən qədim dövrlərə gedir, Ana-İlahəyə inam matriarxatlığın əsas qalıqlarından biridir. Şaktizmin dini mətnləri arasında əsas yeri Deva-Mahatmya adlanan mətnlər təşkil edir. Bu mətnlər sanskrit dilində 1600 il bundan əvvəl rişi (induizm dininə görə gələcəyi görən, müdrik) Markandeya tərəfindən yazılmışdır və Markandeya-puran adlanan indus dini mətnlərinin əsas tərkib hissəsini təşkil edirlər.
Şaktizm çoxlu müxtəlif təriqətlərə və cərəyanlara bölünür, lakin onun iki əsas istiqaməti (məktəbi) xüsusi ilə fərqlənir. Hindistanın cənubunda geniş yayılmış Şrikula və ölkənin şimal və şərqində yayılmış Kalikula. Digər geniş yayılan məktəblərdən biri də Şrividya idi.
Hindiuzmin ortaq qurucusu yoxdur, hər məzhəbin özünün əsas bir kitabı vardır. Şaktianlar “Devi Mahatmya” adlı dini kitabdan istifadə edirlər. Vedalar, Upanişadlar və “Mahabharata” dastanının bir hissəsi olan “Bhaqavad Qita” isə bütün hinduistlər üçün ortaq müqəddəs kitablardır. Bundan başqa, hindiuzmdə “sadharanadharma” adlanan qaydalar vardır, bura şiddətdən uzaq qalma- “ahimsa”, doğruluk-dürüstlük -“satya”, “ksanti”, özünə hakim olma- “dama”, xeyirxahlıq -“danam”, qonaqpərvərlik- “ahithi” və s. aiddir. Bunlar bütün hindiustlər üçün ortaq dini qaydalardır. “Svahdharma” isə müxtəlif varnaların fərqli görəvlərinin olduğunu təsdiqləyir. Məsələn, kşatrı varnasına məxsus döyüşçü müharibə zamanı düşməni öldürməsi dharma qanunu olduğundan pis iş kimi onun karmasına təsir göstərmir.[1]
“Aqamalar” populyar müqəddəs mətnlərdir, Vedaların nüfuzuna söykənməsələr də, vedalara əks deyillər. İbadətin hansı şəkildə yerinə yetiriləcəyinə dair teoloji yaddaş kitablarıdır. Hinduizmdə ən çox yayılmış üç məzhəb, yəni, “Şhaivism” (şivaizm), “Shaktism” (şaktizm) və “Vaishnavism”in (vişnuizm) ehkamlarını “Aqamalar” ilə əsaslandırmışlar.[1]
Dünya dinləri tarixində hindu tanrıçası Kalidən daha mürəkkəb şəxsiyyət yoxdur. O, yaradılış və enerji simvolu olan Şaktini təcəssüm etdirir. Buna görə də Kali hindu ilahələri arasında, xüsusən də Şakti məzhəbində mühüm yer tutur. O, çox yönlü bir ilahədir. Anadır, şərlə mübarizə aparandır, matriarxal simvoldur. Bu, gücün kişi gücü üzərində qələbəsinin adıdır. Buna görə də Kaliyə çoxlu qanlı və qansız qurbanlar verilən məbədlər vardır. Minlərlə erkək keçi Kalighat məbədində, kiçik məbədlərdə və türbələrdə Kaliyə gətirildi.[2]