Şamil Xudiyev

Şamil Yusif oğlu Xudiyev (28 dekabr 1928, Babaylı, Zəngilan rayonu1 avqust 1999) — iqtisad elmləri doktoru (1989), professor.

Şamil Xudiyev
Şamil Yusif oğlu Хudiyev
Doğum tarixi 28 dekabr 1928(1928-12-28)
Doğum yeri
Vəfat tarixi 1 avqust 1999(1999-08-01) (70 yaşında)
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi iqtisad elmləri doktoru (1989)
Elmi adı Professor
İş yeri Azərbaycan Dövlət İqtisad Universiteti
Təhsili Хalq Təsərrüfatı İnstitutu
Elmi rəhbəri Q.Miller

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Şamil Xudiyev 28 dekabr 1928-ci ildə Zəngilan rayonunun Babaylı kəndində anadan olmuşdur.[1] Məmmədbəyli kənd orta məktəbini bitirmişdir. 1944–1949-cu illərdə ildə Хalq Təsərrüfatı İnstitutundə təhsil almışdır.[2]

1 avqust 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ali təhsilini iqtisadçı kimi Zəngilana qayıdaraq 10 ilə yaxın bir müddətdə rayonun müxtəlif idarə və təşkilatlarında mühasib, baş mühasib vəzifələrində işləmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1959-cu ildə Bakıya köçmüşdür. Azərbaycan Milli Elimlər Akademiyasının İqtisad İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. Azərbaycan Neft-Kimya İnstitutundaAzərbaycan Dövlət İqtisad İnstitutunun Elmi—Tədqiqat İnstitutunda şöbə müdiri işləmişdir. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi, 1989-cu ildə dünya şöhrətli iqtisad elmləri doktoru Q. Millerin oppenetliyi ilə "Mütəfiq respublikada əhalinin real gəlirlərinin və xalq istehsalı quruluşunun planlaşdırılmasının təkmilləşdirilməsi problemləri mövzusunda dissertasiya müdafiə etmişdir.

SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının 10 noyabr 1989-cu il tarixli qərarı ilə ona iqtisad elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

Ticarətin təşkili və birliklərinin hesabatı və əhalinin pul gəlirləri və xalq istehlakı və quruluşunun dəyişdirilməsi metodu, Beynəlxalq İqtisadi münasibətlər fənni, uçot və hesabatın beynəlxalq sistemi standartları fənni üzrə proqram hazırlamışdır. Onun son illərdə ən böyük arzusu "Beynəlxalq uçot" kafedrası açılması olub. İqtisad Universitetinin müvafiq fakültələrində bu fənnin tədrisini reallaşdırmaq idi. Bu məqsədlə Respublika Beynəlxalq uçot fənninin tədrisi proqramını Təhsil Nazirliyinin qrifi ilə nəşr etmiş, ancaq həyata keçirə bilməmişdir. Vəfatından sonra "Beynəlxalq uçot" fənninin tədrisi məsələsinə Milli Məclis səviyyəsində də baxılmışdır.

Bir neçə dərs vəsaitinin 300-dən çox elmi məqalənin, monoqrafiya və tədris proqramlarının müəllifi idi.

1998-ci ildə nəşr etdirdiyi ZəngəzurGöyçə mahallarının tarixinə və iqtisadiyyatına həsr edilmiş "İtirilmiş torpaqlar, itirilmiş sərvətlər" adlı kitabı gərgin axtarışların məhsulu olub. Kitabı qızı, iqtisad elmləri namizədi, dosent Fəridə Əmirova[3] ilə birlikdə yazmışdır.

  1. Hacı Əli Sobulu. Sobu ensiklopediyası. Bakı: Zərdabi Nəşr MMC. 2023. səh. 148. ISBN 978-9952-553-66-6.
  2. Mütəllim Həsənov, "Məmmədbəyli məktəbinin yetirmələri" məqaləsi, "Qərib məzarlar" kitabı
  3. "i.e.n., dos. Əmirova Fəridə Şamil qızı". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-13.