Şantun zəlzələsi — 25 iyul 1668-ci ildə Çinin indiki Şantun əyalətində baş vermiş çox şiddətli zəlzələ. Dünyanın ən böyük zəlzələləri arasında sayılan bu zəlzələ, 1668-ci ildə dünyanın müxtəlif yerlərində baş verən 8 Rixter miqyaslı zəlzələ fəlakətlərindən biridir. Təxmini böyüklüyü 8,5 Ms aralığında idi və Merkalli intesivlik şkalasında XII idi.[1] Bu, Şərqi Çində indiyə qədər qeydə alınan ən güclü zəlzələ, Çində indiyə qədər qeydə alınan ən güclü zəlzələlərdən biri və quruda qeydə alınan ən güclü zəlzələlərdən biri kimi tarixə düşdü. Zəlzələnin episentri Linyinin şimal-şərqində olub.[1]
Şantun zəlzələsi | |
---|---|
Tarix |
|
Maqnituda | 8,5 |
Episentrin yeri | Linyi |
Əhatəsi | Çin imperiyası/Şantun, Szyansu, Anhoy, Çjejiang, Fucyen, Szyansi, Hubei, Henan, Hebei, Şansi, Şensi, Lyaonin və Koreya |
Sunami | Mümkün |
Ölənlər | 43.000–50.000 |
Afterşoklar | Altı il davam etdi |
Xəritədə yeri | |
|
Zəlzələ 1.000 km diametrdə dağıdıcı təsir göstərdi və bir neçə yüz kilometr məsafədə ciddi dağıntılara səbəb olub, xüsusən də zəlzələnin episentrinin yerləşdiyi Şantun ilə Szyansu, Anhoy, Çjejiang, Fucyen, Szyansi, Hubei, Henan, Hebei, Şansi, Şensi və Lyaonin əyalətlərinin 379 bölgəsinə ziyan vuraraq, bu ərazilərdəki tikililəri məhv etdi. Zəlzələ o qədər güclü idi ki, onun təsirindən nəinki Linyi şəhəri yerlə yeksan oldu, həm də hadisə yerindən 100 kilometr məsafədə yerləşən şəhərlər yerlə yeksan oldu.[2] Tarixi qeydlər bölgədə mümkün sunamini də sənədləşdirib. Sahil şəhərlərinin su altında qaldığı, çayların daşdığı bildirilib.[3]
Təqribən, 43.000–50.000 insan həlak oldu.[2]
Zəlzələ, say baxımından Çindəki ən ölümcül zəlzələlərdən biri olmasa da, Çindəki ən dağıdıcı zəlzələlərdən biridir.[2]