"Şarada" (ing. Charade) — rejissor Stenli Donenin filmi.
Şarada | |
---|---|
ing. Charade | |
Janr |
komediya melodram triller detektiv |
Rejissor | Stenli Donen |
Prodüser | Stenli Donen |
Ssenari müəllifləri |
Piter Stoun Mark Bem |
Baş rollarda |
Keri Qrant Odri Hepbern Ceyms Kobörn |
Operator | Çarlz Lenq |
Bəstəkar | Henri Mançini |
İstehsalçılar |
Universal Pictures Stanley Donen Films |
Distribütor | Universal Pictures, Netflix |
İlk baxış tarixi | 5 dekabr 1963 |
Filmin növü | bədii film |
Müddət | 113 dəqiqə |
Büdcə | 3 milyon $[1] |
Gəlir | 13,4 milyon $[2] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1963 |
Rəng | rəngli |
Çəkiliş yeri | Paris |
IMDb | ID0056923 |
Vikianbarda əlaqəli mediafayllar |
Recina Lempert adlı gənc qadın nikahda o qədər də xoşbəxt deyil və boşanmaq istəyir. Qış kurortundan Parisə – YUNESKO-da sinxron tərcüməçi işlədiyi yerə qayıdarkən, ərinin öldürüldüyünü eşidir. Onun meyitini qatardan atmışdılar. Lakin əri bu hadisəyə qədər bütün əmlakını 250 min dollara satmışdı. Amerika səfirliyinin əməkdaşlarından biri olan Bartolomyu onu bu qara işin təhlilinə cəlb edir. Demə, Recinanın ərinin keçmiş iş yoldaşları bu pulları əldə etmək istəyirlər. Recina istirahət zamanı tanış olduğu amerikalı Piter Coşuanın dəstək və köməyilə böyük bir təhlükə altında bu işə girişir. Tezliklə fırıldaqçıların özləri ortaya çıxırlar. Lakin onlar bir-birinin ardınca öldürüldükdə iş bir az da dolaşığa düşür...