Melodram filmi

Melodram — ənənəvi dramaturgiya janrıdır. Kinematoqrafiyada xüsusilə geniş yayılmışdır. Kəskin intriqalar, xeyirlə şərin açıq şəkildə üz-üzə qarşılaşdırılması, ideal qəhrəman, iztirab çəkən qadın, məkrli cani, süjetin inkişafını müəyyənləşdirən təsadüfi və qəlbi sarsıdan hadisələr, tamaşaçıların hissləri ilə oynamaq, anlaşıqlı və nəsihətamiz əxlaq dərsləri melodramın xarekter əlamətləridir.[1][2]

Melodram (q.yun. δρᾶμα) mahnı və dram–hadisə.

  • 1. Mövzusunda mübaliğəli dramatik gərginlik, zahiri effekt və həyəcanlı səhnələr olan dramatik janr, habelə bu janrda əsər.
  • 2. Öz hiss və həyəcanlarını həddindən artıq faciəli və qeyri-təbii şəkildə ifadə etmə.
  • 3. Musiqisi və mahnısı olan dram
  1. Brooks, Peter (1995). The Melodramatic Imagination: Balzac, Henry James, Melodrama, and the Mode of Excess. Yale University Press. p. xv.
  2. Costello, Robert B., ed. (1991). Random House Webster's College Dictionary. New York: Random House. p. 845. ISBN 978-0-679-40110-0.