Şarl Filije (fr. Charles Filiger; 28 noyabr 1863, Tann, Elzas — 11 yanvar 1928, Pluqastel, Bretan) — fransız rəssam.
Şarl Filije | |
---|---|
fr. Charles Filiger | |
Doğum tarixi | 28 noyabr 1863[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 11 yanvar 1928[1][2][…] (64 yaşında) |
Fəaliyyəti | rəssam |
Janr | portret |
Stillər | Pont-Aven məktəbi, sintetizm, simvolizm[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Şarl Filije zəngin bir ailədə anadan olmuşdur, atası kağız fabriki sahibi idi. 1886-cı ildə Ş. Filije Parisdə Kolarossi İncəsənət Akademiyasında təhsil alır. 1889-cu ildə və 1890-cı ildə Müstəqil Salonunda rəsm əsərlərini sərgiləmişdir. Rəssam Pont-Aven məktəbinə daxil idi, Pol Qogen və Pol Serüzye kimi sənətkarların yaradıcılığından təsirlənmişdi.
Ş. Filije öz rəsm əsərlərində daha çox dini mövzuları üstünlük verirdi (məsələn, «Məsih mələklər ilə (1892)») və Moris Deninin əsərlərinə yaxın idi.