Şarlotta York Qoldenblatt (ing. Charlotte York Goldenblatt) – Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin baş qəhrəmanıdır. Bu obraz aktrisa Kristin Devis tərəfindən canlandırılmışdır. Bu roluna görə Devis Ekran Aktyorları Gildiyasının Mükafatına layiq görülmüşdür.
Şarlotta York Qoldenblatt | |
---|---|
ing. Charlotte York Goldenblatt Böyük şəhərdə seks obrazı | |
Məlumat | |
Təxəllüslər | Şar |
Cinsi | qadın |
Peşə |
sənətşünas evdar xanım |
Ailə |
Terri MakDuqal Harri Qoldenblatt |
Qohumlar |
Uizli York (qardaşı) Lisli York (keçmiş qardaşarvadı) Banni MakDuqal (keçmiş qayınanası) Petti MakDuqal (keçmiş baldızı)[1] Çarlz MakDuqal[1] (keçmiş qayını) Xanım Qoldenblatt (mrhum qayınanası)[2] |
Dini | Xristianlıq (Yepiskopal kilsə), sonradan İudaizmi qəbul edir. |
Milliyyəti | amerikalı |
Şarlotta York Dr. Stefan Foster York və Sandra Uaythed Yorkun övladıdır. Smit Kollecində təhsil almış Şarlotta ixtisasca art-dilerdi. Smit Kollecində təhsil aldığı dövrdə “Heven Uizli Hous”da yaşayan Şarlotta, Kollec Respublikaçıları və Kappa Kappa Gammanın üzvü olmuşdur (lakin, əslində Smit Kollecində qadın klubları yoxdur). Rəfiqələr arasında Şarlotta ən konservativ və ənənələrə bağlı olanıdır, ehtirasdan daha çox emosional sevgiyə üstünlük verir, romantik ideallara inanır və həmişə “parlaq zirehli cəngavər” axtarışındadır. “Qaydalar” kitabına əsasən münasibətlərə daha sadə və liberal (Samanta ilə müqayisədə) yanaşır.
Konservativ mövqeyinə baxmayaraq, Şarlotta, bəzən, seksual baxımdan daha azad olan (çirkli söhbətlər və oral seksi çəkinmədən müzakirə edən) rəfiqələrini də təəccübləndirəcək qədər güzəştli də ola bilir. O, birinci həyat yoldaşı Trey MakDuqalla evləndikdən qısa müddət sonra karyerasına fasilə verir, lakin övlada sahib olmaqda yaranan problemlər və həyat yoldaşının anası ilə pis münasibətlərinə görə onlar ayrılırlar. Şarlotta evlilik müqaviləsinə uyğun olaraq, boşanmadan sonra Park Avenyudakı evi alır ki, bu da, Treyin anası Banni ilə münaqişəyə səbəb olur. Bundan sonra Şarlotta boşanma üzrə vəkili olan Harri Qoldenblatt ilə münasibət qurur. Harri ilə evlənə bilmək üçün İudaizmi qəbul edir (Harri yəhudidir) və bu baxımdan özünü Elizabet Teylor ilə müqayisə edir, Harri ilə evləndikdən sonra itinin adını Elizabet Teylor qoyur. Serialın final mövsümündə Şarlotta və Harri Çindən Lili adlı uşaq övladlığa götürürlər. “Böyük şəhərdə seks” filmində Şarlotta və Harrinin Rouz adlı bioloji övladı olur. Serialın altıncı mövsümünün səkkizinci seriyasında “The New York Times”da Şarlotta və Harrinin evlənməsi haqqında xəbər verilərkən Şarlottanın yazıçı və moda jurnalının redaktoru olduğu qeyd edilsə də, bu fakt hansısa başqa seriyada və ya filmlərdə qeyd edilmir. Ola bilsin ki, redaktorlar bu səhnədə üçüncü mövsümdə Mr. Biq və Nataşanın evlənməsi haqqında elanla qarışıqlıq salıblar.
Dörd rəfiqə arasında ən sadəlövhü olan Şarlotta, “sevgi hər şeyə qalib gələ bilər” fikrinə sadiqliyini qoruyur. Bu xüsusiyyəti onun Kerri Bredşou tərəfindən fikirləşilmiş “Park Avenyu Poliannası” ləqəbində də özünü göstərir. Rəfiqələri onun sevgi və həyata olan optimist münasibətinə heyrandırlar və Kerri kitablarından birini Şarlottaya həsr edir. Şarlotta tez-tez hər şeyin yolunda olmasını yoxlamaq üçün narahatlıq keçirir, lakin baş verən hər şeyə optimist yanaşır. Dostlarına qarşı xüsusi münasibəti olan Şarlotta, həmişə onların yanında olduğunu deyir. Konservativ baxışlarına görə, o, bəzən liberal baxışlı Samanta ilə toqquşur, Samantanın Şarlottanın qardaşı ilə sekslə məşğul olması onu qəzəbləndirir və o, Samantaya deyir: “Məgər sənin vaginan Nyur York şəhərinin bələdçisidir? Ora şəhərin ən qaynar yeridir və həmişə açıqdır!” Lakin bu davranışından sonra, o, ənənəvi incə xasiyyətini nümayiş etdirərək bir səbət maffinlə Samantadan üzr istəyir.
Romantikaya olan inancına görə Şarlotta toydan əvvəl Treylə sekslə məşğul olmur. Lakin toy gecəsi Treyin diqqətini çəkməyə çalışarkən Şarlotta problem olduğunu anlayır və Treyin impotent olduğunu müəyyənləşdirir. Sonradan o başa düşür ki, əsas problem Treyin Şarlotta ilə yata bilməməsindədir və cütlük bu problemi həll edə bilmək üçün bir çox üsullardan istifadə edir. O, dostlarına qarşı çox loyaldır (birinci filmdə Mr. Biqin altar qarşısında Kerrini tək qoymasından sonra ona nifrət etdiyini deyir və lənətləyir) və nigahın müqəddəsliyinə inanır (rəfiqələr arasında yalnız Şarlotta Kerrini Mr.Biqə sadiq olmadığına görə tənqid edir).
Şarlottanın daha sonra Harri Qoldenblattla münasibəti olur. Harri onu cəlb etməsə də, aralarında seks baş verir və Şarlotta bunu “həyatımın ən yaxşı seksi” adlandırır. Harrini arzuladığı ideal kişi formasına salmağa çalışsa da, sonradan bununla ona əziyyət verdiyini başa düşərək fikrini dəyişir. Sonradan İudaizmi qəbul edən Şarlotta Harri üçün nahar hazırlayır və Harri ona evlilik təklif edir. Şarlotta Harrini olduğu kimi qəbul edir və onlar xoşbəxt ailə qururlar. Serialda bəlli olur ki, Şarlotta gənclik dövründən bir çox sosial aksiyalarda iştirak edib, bal kraliçası, yeniyetmə model olub. Şarlotta Ağ anqlo-sakson protestantlar cəmiyyətinin üzvü olsa da, sonradan İudaizmi qəbul edir. O, həm də Kappa Kappa Gamma qızlar cəmiyyətinin üzvüdür.
Trey MakDuqal (Kayl Maklahlen) hündür boylu, yaraşıqlı və zadəhan ailədən olan həkimdir. Onun anası Banni Şarlottanı oğlu ilə münasibətlərdə özünə rəqib görür. Trey və Şarlotta romantik, xoşbəxt münasibət arzusu ilə evlənsələr də, sonradan seks zamanı aralarında problem olması aydın olur. Şarlotta uşaq sahibi olmaq istəsə də, Trey buna qarşı çıxır və beləcə onların nigahı pozulur.
Harri Qoldenblatt (Evan Hendler) Şarlottanın ikinci həyat yoldaşıdır. O, əvvəlcə Treylə boşanma işində Şarlottanın vəkili olur və münasibətləri də məhz burdan başlayır. Harri Şarlottanın ideal kişi standartlarına tam zidd olsa da, onların arasında ehtiraslı seks yaşanır. Şarlotta Harrini öz istəklərinə uyğun dəyişməyə çalışsa da, buna nail olmur və onu olduğu kimi qəbul etmək qərarına gəlir. Şarlotta və Harri uşaq sahibi olmağı arzulasalar da, övladları olmur. Buna görə də Çindən Lili adlı uşağı övladlığa götürürlər. Sonradan onların Rouz adlı övladları doğulur.
Filmin başlanğıcında Şarlottanın Harri və Lili ilə birgə Nyu Yorkda xoşbəxt yaşadığı görsədilir. Kerri və Mr. Biqin toyu pozulduqdan sonra Şarlotta Kerri ilə (həm də Samanta və Miranda) birlikdə onların bal ayında dincəlməli olduqları otelə gedirlər. Rəfiqələrindən fərqli olaraq Mexikoda həddən artıq ehtiyatlı davranan Şarlotta meyvə və özü ilə birgə gətirdiyi qidalardan başqa heç nə yemir. Başqa bir övlad götürdükdən sonra, Şarlotta öyrənir ki, hamilədir və bu ailənin sevincinə səbəb olur. Şarlotta düşünür ki, istədiyi hər şey həyata keçir və “həddən artıq xoşbəxt olduğuna görə qorxur”. Filmdə həm də bəlli olur ki, Şarlotta həmişə Mr. Biq və Kerrinin birlikdə olacağına inanır, küçədə Mr. Biqlə qarşılaşdığında isə Şarlotta ona “səni tanıdığım günə lənət olsun” deyir. Bundan sonra Şarlottanın qəfil doğumu başlayır, Mr. Biq onu xəstxanaya aparır və doğum bitənə kimi gözləyir.
İkinci filmdə Şarlotta iki övladı olan xoşbəxt və zəngin muzey bələdçisidir və həmişə dostlarına yardım eləməyə hazırdır. Lakin o, uşaqlarına yaxşı ana olmağa çalışır və Harrinin dayə ilə münasibət qurmasından ehtiyat edir. Daha sonra Şarlotta rəfiqələri ilə birgə Əbu-Dabiyə gedir, lakin burada da analıq hisslərindən azad olaraq dincələ bilmir.
Miranda ilə otelin şəxsi barında içərək söhbət etməsindən sonra analıq hissi ilə bağlı stressli hisslərdən uzaqlaşan Şarlottanın, dayə Erinin lezbiyan olmasını öyrənməsindən sonra Harri ilə bağlı narahatlığına da son qoyulur. Bundan sonra ailəsindən istirahət etmək üçün, Şarlotta, hərdən Kerrinin köhnə evindən istifadə edir.