Böyük şəhərdə seks (film, 2008)

"Böyük şəhərdə seks" (ing. Sex and the City) — 2008 – ci il, ABŞ istehsalı olan HBO telekanalında yayımlanan eyni adlı serialın (serial Kendeys Buşnellin eyniadlı romanının motivləri əsasında çəkilib) film adaptasiyası olan romantik komediya filmi. Film dörd rəfiqə – Kerri Bredşou (Sara Cesika Parker), Samanta Cons (Kim Ketrall), Şarlotta York Qoldenblatt (Kristin Devis) və Miranda Hobbsun (Sintia Nikson) həyatından, Nyu-York şəhərində onların başına gələn əhvalatlardan bəhs edir. Filmdə tez-tez insanlar arasında qarşılıqlı münasibətlər, romantika və cinsəllik açıq şəkildə müzakirə edilir.

Böyük şəhərdə seks
Sex and the City
Janr romantik komediya, komediya filmi
Əsas mövzu dəb
Rejissor Maykl Patrik Kinq
Prodüserlər Michael Patrick King
Sarah Jessica Parker
Darren Star
John Melfi
Ssenari müəllifi Maykl Patrik Kinq
Baş rollarda Sara Cesika Parker
Kim Ketrall
Sindia Nikson
Kris Not
Cennifer Hadson
Kendis Bergen
Operator Con Tomas
Bəstəkar Aaron Zigman
İstehsalçı HBO Films
Distribütor InterCom[d], Netflix
İlk baxış tarixi 30 may, 2008
Müddət 145 dəq.
Büdcə $65 milyon
Gəlir $415,253,641
Ölkə
Dil ingilis dili
İl 2008
Sonrakı film Böyük şəhərdə seks 2
Rəng 145 dəq.
Çəkiliş yeri Nyu-York, Malibu
IMDb ID1000774
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Filmin dünya premyerası 28 may, 2008 – ci ildə Londonda, Leyster Meydanında keçirilmiş, ABŞ-də isə 30 may, 2008 – ci ildə təqdim edilmişdir. Filmin davamı olan Böyük şəhərə seks 2 filmi isə 2010 – cu ildə satışa çıxarılmışdır.

Film dörd gənc qadının həyatından, böyük şəhərdə – Nyu-Yorkda başlarına gələn hadisələrdən bəhs edir. Həmin dörd qadından ikisi Şarlotta və Miranda ailəlidir. Kerri isə subay olsa da Con Ceymslə məhəbbət macərası yaşamaqdadır. Dördüncü qadın Samanta isə ciddi münasibətlərə qarşı çıxaraq vaxtını müxtəlif gənc oğlanlarla birgə, əylənərək keçirir. Filmdə hadisələr Con və Kerrinin birgə yaşamaq üçün ev axtarmaları ilə başlayır və onlar şəhərin mərkəzində çox baha qiymətə ev tuturlar. Con isə Kerriyə evdə onun üçün böyük qarderob hazırlatmağa söz verir. Çünki rəfiqələr dördü də yaşıdları olan digər qadınlardan dəbə olan böyük maraqları ilə seçilirlər. Rəfiqələr şəhərdə keçirilən zinət əşyaları sərgisində iştirak edirlər və Samanta bu sərgidə böyük brilyant üzük bəyənərək onu almağı qət edir. Lakin keçirilən satışda kimsə daha çox pul təklif edərək Samantanın bəyəndiyi üzüyü əldə edir. Tezliklə Kerri və Con münasibətlərini rəsmiləşdirmək və toy etmək qərarına gəlirlər. Toy qabağı isə Kerriyə "Vogue" jurnalı üçün gəlinlik paltarında fotosessiya etməyi təklif edirlər. Fotosessiyda iştirak edən şirkətlərdən biri isə paltarını toy üçün Kerriyə hədiyyə edir.

Digər tərəfdə Mirandanın öz həyat yoldaşı Stiv Bredi ilə müəyyən problemlər yaşamaları və cinsi həyatlarının qaydasında olmaması, bunun isə bütün həyatlarına pis təsir etməsi bəlli olur. Miranda bunu rəfiqələri ilə müzakirə edir və həyatlarında anormallıq olduğunu qət edir. Evə dönən Kerri isə sürprizlə üzləşir və Conun onun üçün romantik şam yeməyi hazırladığını görür. Sabahısı gün isə artıq uzun müddət Samantanın bir yerdə yaşadığı gənc və yaraşıqlı aktyor Smit ona sürpriz edir. Məlum olur ki, Samantanın sərgidə bəyəndiyi üzüyü onun sevgilisinin sifarişi ilə tanışı olan bir xanım alıbmış və Smit üzüyü Samantaya hədiyyə edir. Bu arada Con Kerriyə söz verdiyi böyük qarderobu hazırladır. Rəfiqələri Kerriyə köhnə evindən paltarları seçərək yeni evdəki qarderoba daşımağa kömək edirlər.

Bayram ərəfəsində Şarlottanın yenidən hamilə olması məlum olur və bu həmin ailənin xoşbəxtliyini artırır. Rəfiqələr isə Nyu-Yorkda keçirilən ənənəvi dəb həftəsinə qatılırlar və bu onların əhval ruhiyyəsinin əvvəlki kimi yüksəlməsini stimullaşdırır. Lakin şam yeməyi zamanı Mirandanın Kerrinin toy mərasiminin pozulmasına özünün səbə olmasını etiraf etməsi rəfiqələrin münasibətlərinin pozulmasına səbəb olur.

Samanta isə sevgilisinə sürpriz etmək üçün suşi hazırlayaraq onu çılpaq bədəninə düür və sevgilisinin evə gəlməsini gözləyir. Lakin oğlan zəng edərək gec gələcəyini bildirir. Artıq bu vəziyyətin adət halı alması və Samantaya qarşı diqqətsizlik isə cütlüyün münasibətlərinin pozulmasına səbəb olur. Eyni dövrdə Miranda Stiv ilə birgə ailə psixoloqunun yanına müraciət edirlər. Bu faydalı olur və onların münasibətlərinin normallaşmasına gətirib çıxarır. Kerrinin köməkçisi Luisa isə evlərinə dönür və köhnə sevgilisi ilə münasiətlərini bərpa edir. Miranda isə qız dünyaya gətirir. Bu arada Kerri Conun göndərdiyi və Luisanın silmədən elektron poçt ünvanında saxladığı məktubları oxuyur, onların münasibətləri bərpa olunur.

Köməkçi obrazlar

[redaktə | mənbəni redaktə et]
  • Evan Handler – Harri Qoldenblatt
  • Uili Qarson – Stanford Blaç
  • Mario Kanton – Entoni Marantino
  • Linn Koen – Maqda
  • Kendis Bergen – Enid Frik
  • Anre Leon Talli – Vogue jurnalının idarəçisi
  • Cozef Pupo – Breddi Hobbs (Miranda və Stivin oğlu)
  • Gils Marini – Dante
  • Monika Meyhem – Dantenin birinci sevgilisi
  • Culi Halston – Bitsi von Mafflinq

2004 – cü iin fevralında Böyük şəhərdə seks serialının çəkilişlərinin tamamlanmasından sonra artıq fikirlər var idi ki, çəkiləcək film serialın motivləri əsasında olacaq. HBO elan etmişdi ki, Maykl Patrik Kinq özünün rejissorluğunu edəcəyi filmin ssenarisi üzərində işləyir.[1] Bir il sonra Kim Ketrall filmin ssenarisinin hazırlanmasının və çəkilişlərin başlamasıın gecikməsi səbəbiylə layihədə iştirakdan imtina edərək, digər təklifləri dəyərləndirəcəyini açıqlamışdır.[2] Nəticədə filmin ərsəyə gətirilməsi işləri sürətləndirilmiş və bütün yaradıcı heyət tezliklə çəkilişlərin başlaması üçün çalışmışdır.

2007-ci ilin ortalarında, yenidən filmin çəkilişlərinin başlanması haqqında xəbər verilmişdi. Ketrallın xəbərdarlığından sonra, heyət serialın motivlərinə üstünlük vermişdi.[3] Lakin 2007 – ci ilin mayında HBO – nun filmi maliyyələşdirmək üçün kifayət qəər imkanı olmaması səbəbiylə çəkilişlər dayandırılmışdı. Bu hadisə "Time Warner family"nin (HBO-nun sahibi) nüfuzunu aşağı salmış və filmin "New Line Cinema" ilə birgə istehsal edilməsi qərara alınmışdır.

2007 – ci ilin fevralında filmin serialda baş rol oynayan hər dörd aktrisanın iştirakı ilə Maykl Patrik Kinqin rejissorluğu altında çəkiləcəyi rəsmən elan edilmişdir.[4]

Filmin böyük bir hissəsi 2007 – ci ilin sentyabr – dekabr aylarında Nyu-Yorkda çəkilmişdir.[5][6] Çəkiliş məkanlarına eyni zamanda Manhetten ətrafında bəzi ərzilər, "Steiner Studios" və "Silvercup Studios"un çəkiliş məkanları da daxil idi.[7] Çəkiliş prosesləri tez-tez paparazilərin, təhlükəsizlik qüvvələri və ərazidə vəzifəli olan polislərin gözündən yayına bilən izləyicilərin müdaxiləsi ilə yarımçıq dayandırılırdı. Filmin üzərində işləyən işçi qrup mümkün qədər filmin məzmununu gizli saxlamağa çalışır, buna görə də çəkiliş proseslərinin məxfiliyini təmin etməyə cəhd edirdilər.[8]

Serialda dəb mövzunun əsas aparıcı hissəsi idi və filmdə də bu ənənə saxlanılmışdır. Filmin gedişatı dövründə 300 dəstdən artıq paltardan istifadə edilmişdir.[9] Serialda kostyum dizaynı vəzifəsini öhtəsinə götürmüş Fatrisia Fild filmdə də bu işlə məşğul olmuşdur.[10] Fild qeyd edir ki, ilk öncə maddi və yaradıcılıq əhəmiyyətini nəzərə alaraq filmdə bu vəzifəni üstələnmək məsələsində qərarsız olmuşdur.[11] Fild məhz 19982004 – cü illər ərzində günbəgün dəyişən dəb dəyərlərini serialda tətbiq etməklə böyük məşhurluq əldə etmişdi.

Serialda dəb mövzunun əsas aparıcı hissəsi idi və filmdə də bu ənənə saxlanılmışdır. Filmin gedişatı dövründə 300 dəstdən artıq paltardan istifadə edilmişdir.[9] Serialda kostyum dizaynı vəzifəsini öhtəsinə götürmüş Fatrisia Fild filmdə də bu işlə məşğul olmuşdur.[10] Fild qeyd edir ki, ilk öncə maddi və yaradıcılıq əhəmiyyətini nəzərə alaraq filmdə bu vəzifəni üstələnmək məsələsində qərarsız olmuşdur.[11] Fild məhz 19982004 – cü illər ərzində günbəgün dəyişən dəb dəyərlərini serialda tətbiq etməklə böyük məşhurluq əldə etmişdi.

Obrazlar üçün kostyumların seçilməsi zamanı Fild illər ərzində onlar üçün formalaşdırdığı geyim xüsusiyyətlərini bir kənara qoyaraq, hər obrazın individual xarakterini yenidən işləmək qərarı vermişdir.[11] Samantanın kostyumlarının hazırlanmasında Amerika TV operası "Dynasty"dən, Şarlottanın kostyumlarının hazırlanmasında isə Jaklin Kennedidən ilham alınmışdır. Fildə görə, dəb baxımından Miranda obrazı serialla müqayisədə xeyli inkişaf etdirilmişdir. Bu həmin rolu canlandıran aktrisa Sintia Niksonun şəxsi təşəbbüslərinin nəticəsi olmuşdur.[11][12]

  • İkonik və cazibədar gəlinlik donu Vivian Vestvud tərəfindən hazırlanmışdır.[13]
  • Kerri ətrafındakı mini ətəkli qızların təsiri il, filmdə artıq bir neçə səhnədə mini ətəkdə görünməkdədir.
  • Kerrinin köməkçisi, Luisa, "Bag Borrow" və "Steal"-dən olan əl çantalarını kirayəyə götürür.
  • Filmdəki Vivian Vestvud şlyapaları əslində Prudens millineri tərəfindən hazırlanmışdır.
  • Filmdə H. Sternin kolleksiyasından 300-dən artıq zinət əşyasından istifadə edilmişdir.
  • Kostyumlardan bəziləri yüksək keyfiyyətli dizayner Gilles Montezinin kolleksiyalarından seçilmişdir.[14]
Böyük şəhərdə seks
albomun üz qabığı
albomun üz qabığı
Yayımlanma tarixi 26 may
Janr Pop, rok, R&B, soul
Müddət 58:06
Leybl New Line Records
Prodüser Salaam Remilabels or Love
All Dressed in Love
Albom xronologiyası
"Irma at Sex and the City – Part 2 – Nightlife Session"
(2004)
"Böyük şəhərdə seks"
(2008)
"Sex and the City, Vol. 2: More Music"
(2008)

Filmin musiqiləri 27 may, 2008 – ci il tarixində New Line Records tərəfindən albom kimi satışa çıxarılmışdır. Film musiqiləri arasında FörciCennifer Hadsonun (eyni zamanda filmdə Kerrinin köməkçisi rolunu canlandırır) yeni mahnıları da olmuşdur.

Albom "Billboard"da ikinci yerdə debüt etmişdir və bu 2005 – ci ildə "Zəngin ol və ya öl" filminin musiqi albomunun göstərdiyi nəticədən sonra ən yüksək nəticə idi.[15] Albom eyni zamanda "UK Albums Chart"da altncı yerdə debüt edərək, 55.000 – dən artıq nüsxə ilə satılmışdır.

Filmin ikinci musiqi albomu – Sex and the City: Volume 2, 23 sentyabr 2008 – ci ildə, filmin DVD versiyası ilə eyni vaxtda satışa çıxarılmışdır. Alboma Britaniya müğənniləri Estelle, Kreiq Devid, Mutya BuenaEmi Vaynhauzun filmdə istifadə edilmiş mahnıları daxil edilmişdir. Eyni zamanda Cenet Cekson, SiaraEliya Kellinin mahnılarına da albomda yer verilmişdir.

Orkestral versiya

[redaktə | mənbəni redaktə et]

2008 – ci ilin dekabr ayında filmin musiqilərinin orkestral versiyalarından ibarət albom işıq üzü görmüşdür. "Sex And The City – The Score" adlanan həmin alboma on səkkiz parça daxil edilmişdir ki, onların da original musiqi tərtibatı saxlanılmaqla orkstral versiyası Aaron Ziqman tərəfindən işlənmişdir. Lakin musiqilərin orkestral versiyası işlənərkən onlar ilkin səslənmələrini o qədər itirdilər ki, ilkin dinləmə zamanı onların hansı mahnı olmasını müəyyənləşdirmək çətinlik törədə bilərdi. Məh bu səbəbdən də musiqilərin orkestral versiyasına, arada musiqilərin filmdə istifadə olunmuş orijinal səslənməsindən qısa parçalar daxil edilmişdi.

Filmin dünya premyerası bazar ertəsi, 12 may 2008 – ci ildə Londonun Leyster meydanında 1700 iştirakçının qatılımı ilə həyata keçirilmişdir.[16] Növbəti təqdimat mərasimi isə 15 may tarixində Berlin şəhərində, Potsdamer Platzdakı Sony mərkəzində həyata keçirilmişdir.[17] Filmin Nyu-York premyerası isə 27 may, 2008 – ci il tarixində "Radio City Music Hall"da həyata keçirilmişdir.[18]

Film böyük maddi uğur əldə etmişdir. İlk baxış günü təkcə ABŞKanadadan 3.285 kinoteatrdan $26.93 milyon gəlir gətirmişdir. İlk üç gündə isə yalnız həmin iki ölkədən əldə edilmiş gəlir $57,038,404 olmuşdur.[19] Film komediya, romantik komediya və qadın filmləri arasında ilk gündə gəlirin miqdarına görə rekorda imza atmışdır.[20][21] 2010 – cu ilin mart ayının nəticələrinə görə filmin ABŞ və Kanadada satışdan əldə ediyi gəlir $152,647,258, digər gəlirləri $262,605,528, ümumi dünya gəliri isə $415,252,786 olmaqla 2008 – ci ilin ən gəlirli komediya filmi olmuşdur.[19]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Film tənqidçilər tərəfindən müxtəlif rəylər almışdır. Film aqqreqatoru "Rotten Tomatoes" xəbər verir ki, tənqidçilərin 49% – i filmə müsbət rəy versələr də, qalan hissəsi " "Böyük şəhərdə seks"in böyük ekrana gətirilməsi ilə nüfuzunu itirdiyini" söyləsələr də, film fanatları xeyli həyəcanlandırmış və böyük süvgi qazanmışdır.[22] "Metacritic" filmə 38 fikrə əsasən 100 % – lıq nəticədən 53% – lıq uğur kimi qiymət vermişlər.[23]

"Variety"-dən Brayn Louri "... önəmsizlik və istəksizlik hiss edilir" deyir və eyni zamanda "Los Angeles Times" dan Karina Kokano bildirir ki, "film qarşısına qoyduğu əsas məqsədə çatmışdır." O, Maykl Patrik Kinqin işini tərifləyərək, çox az film haqqında dediyi "Şekspirin əsərləri kimi qaranlığa doğru irəliləyən" əsər yaradıldığını bildirmişdir.[24] "New York Daily News" dan Kolin Bertram qeyd edir ki, film "böyük toplanışdı" və və şaddır ki, "Aman tanrım, onlar bunu edə bilməzlər! Çılpaq, geyimli, insanı ürəkdən sevən onlar." sözlərini yenidən eşidə bilir.[25] "The Chicago Tribune" dan Cesika Rives qeyd edir ki, "ağıllı, qaynayan, qaçırılmaz və düşündürücü" filmdir.[26] "The Hollywood Reporter" dan Maykl Reşthaffen baş rolların ifaçısı olan dörd xanımın əməyini tərifləyərək deyir ki, "film serialın özünəmxsus xüsusiyyətlərini saxlamışdır, lakin, bir qədər uzun müddətli seriyanı xatırladır."[27]

"The New York Times" dan Manola Dargis filmin "vulqar, hay-küylü və mənasız şeylərlə doldurulmuş 2 saat 22 dəqiqə, çox uzun şou" olduğunu bildirir.[28] "The Daily Telegraph" dan Sandu Sukdev deyir ki, "dəyişməz, eyni tipli xanımlardı, Spice Girls stilli tiplər – qarışıq fikirli, əsəbi, yırtıcı şahzadə xanımlar – onlar hansısa individual xüsusiyyətləri ilə nəsə öyrədə və təəccübləndirə bilmirlər." [29] "The Globe and Mail" dən Rik Qroen vurğulayır ki, filmdə hansısa çatışmazlıqlar var və əlavə edir ki, obrazlar "çox da yaxşı performans sərgiləmirlər, rollar yarım-animasiyalı paltarlar və film oyunları ilə bəzədilmişdir." O, filmə dörd ulduz üzərindən sıfır ulduz vermişdir.[30] "The New Yorker" dən 1993 – cü ildən film tənqidçisi olan Entoni Leyn filmi "modern həyata poz verən keçmişin bir parçası" adlandırır və qeyd edir ki, "təxminən altmış il əvvəl çəkilmiş və baş rollarını eyniylə dörd qadının canlandırdığı İv haqqında hər şey filmindən fərqli olaraq, bu filmdə Kerrinin gürünüşündə dərin kədər hiss olunur, onun rəfiqələri də Bett Deyvis, Anna Bakster, Silista HolmTelma Ritter kimi uğurlu deyillər – istedadları, şlyapaları, fiksasiyaları onlardan əskik olmasa da – lakin sadəcə olaraq öz xüsusi istedadları ilə kişiləri tələyə salır və yanlarında saxlayırlar....Filmin aşağısında yalnız bir subtitr əskikdi: "Yalançı, Fahişə və Qardirob".[31]

"Newsweek" dən Ramin Setudi qeyd edir ki, film haqqında olan tənqidlərin bəziləri cinsəllikdən qaynaqlanmışdır: "sən eşidəndə ki, kişi bu haqqda danışır, qəribə görsənir. Danışıq getdikcə pisləşir. Qəzəbli. Kinli. Sinirli...Məgər bu həmin kasıb dürüst adamdı? Mən kömək edə bilmirəm, lakin bu əladır – necə ki, Kerri Bredşou səsləndirir – məgər bu "Böyük şəhərdə cinsəllik" deyilmi. Kişilər film hələ başlamamışdan əvvəl ona nifrət etdiklərinə qərar verirlər...Böyük əksəriyyətini kişilər təşkil edən film tənqidçiləri film haqqında elə çirkin sözlər işlədirlər ki, onları dinlədikdə keçmiş qız dostları haqqında danışdıqlarını zənn edirsən...Film Citizen Kane olmaya bilər, lakin inanılmaz şirin və təsirlidir."[32]

Film "The Times"[33], "Mark Kermode", "The New York Observer"[34] , "The Tart"[35] və "The Daily Telegraph"[36] tərəfindən 2008 – ci ilin ən pis filmləri sırasına daxil edilmişdir.

Ev üçün buraxılış

[redaktə | mənbəni redaktə et]

"Sex and the City: The Movie" New Line Home Entertainment tərəfindən DVDBlu-ray formatlarda 23 sentyabr, 2008 – ci ildə satışa çıxarılmışdır.[37] ABŞ – da film iki versiyada satışa çıxarılmışdır. Onlar standart və tam ekran görüntülü kinoteatr versiyası idi . Film təqdimatında təqdim edilənlər xaric, hər iki disk eyni keyfiyyətdədir. Diskə həmçinin audio şərh, kəsilmiş səhnələr və elektron nüsxə də daxildir.

Eyni zamanda film iki disklik standart nüsxədə, xüsusi şərhlərlə altı dəqiqəlik fotosessiyanın əlavə edildiyi xüsusi nüsxədə satışa çıxarılmışdır. Filmin Blu-Ray formatında DVD formatda olan bəzi uzun hissələr qısaldılmışdır.

9 dekabr, 2008 – ci ildə New Line Home Entertainment filmin üçüncü nüsxəsini satışa çıxarmışdır. Dörd diskdən ibarət bu kolleksiya "Sex and the City: The Movie (The Wedding Collection)" adlandırılmışdır. Dörd diskdən ikisi qısaldılmış və tam versiyada filmlər, üçüncüsü filmin xüsusi əlavələrlə olan versiyası, dördüncü disk isə CD olmaqla filmdə istifadə edilmiş musiqilər, xüsusilə filmin başlanğıcında ifa edilən Förcinin "Labels or Love" mahnısının alternative mix versiyası daxil edilmişdir. Kolleksiyaya eyni zamanada filmdən şəkillər və sitatlardan təşkil edilmiş kitab da daxil edilmişdir.

Filmin dördüncü nüsxəsi Avstraliyada satışa çxarılmışdır. Dəstə iki disk – "Sex and the City: The Movie Special Edition" və bonus olaraq "Sex and the City Inspired" çantası daxildir. Çanta qara rəngdə olu üstü kirəmit və ya ilan naxışlıdır.

Filmin DVD formatı UK DVD Top Chartda birinci yerə yüksəlməklə yanaşı, 2008 – ci ildə Birləşmiş Krallıqda ən sürətlə satılan disk olmaqla, bir həftədə 920.000 nüsxəylə satılmışdır. Filmin DVD format 2008 – ci ildə Birləşmiş Krallıqda best seller DVD olmuşdur. Filmin rekordu isə "Mamma Mia!" filmi tərəfindən qırılmışdır.

Bir müddət sonra, 2009-cu ilin fevral ayında filmin davamı olan "Böyük şəhərdə seks 2" filminin üzərində çalışmalar başlamışdır. Çəkilişlər 2009-cu ilin avqust ayında başlamış, 27 may, 2010-cu ildə film ictimayətə təqdim edilmişdir.[38] 2009-cu ilin fevral ayında "Female First" vebsaytının yaydığı informasiyada bildirilirdi ki, stilist Patrisia Fild serial və birinci filmdə olduğu kimi, bu filmdə də yaradıcı heyətlə birgə işləməkdən imtina edib, lakin filmin Nyu-Yorkda aparılan çəkilişlərindən yayılan fotoşəkillərdə Fildin yaradıcı heyətlə birgə olması görünürdü.[39][40] Müxtəlif qaynaqların yaydığı informasiyalarda deyilirdi ki, ola bilsin ki, Cennifer Hadson ikinci filmdə də, birinci filmdəki rolunu — Kerrinin köməkçisi Luisa rolunu canlandırsın.[41]

Filmin çəkilişləri rəsmi olaraq 2009-cu il sentyabr ayının birində başlamış, 2009-cu ilin sonuna kimi davam etmişdir.[42] İkinci filmdə Oskar mükafatlı aktrisa Penelopa Kruz bankir qadın rolunu canlandırmışdır.[43] Məşhur sənətçi Layza Minelli isə filmdə öz rolunu canlandırmış, eyni zamanda əfsanəvi aktrisa Barbara Streyzandın da filmdə rol alacağıyla bağlı fikirlər söylənmişdir. CHİNGİZ

Kristen Devis müsahibəsində ikinci filmin birinci filmə nisbətən (birinci film 2.5 saatdır) daha qısa müddətli olacağını bildirmişdi.

Mükafat və nominasiyalar

[redaktə | mənbəni redaktə et]
MTV Film Mükafatı
  • 2008:Ən yaxşı yay filmi (nominant)
"Teen Choice" Mükafatı
  • 2008: Ən yaxşı aktrisa (Sara Cesika Parker aktrisa)
  • 2008: Seçilmiş film: Çik Flik (nominant)
Satellite Mükafatı
  • 2008: Ən yaxşı kostyum dizaynı (Patrisiya Fild nominant)
"People's Choice" Mükafatı
  • 2008: Film musiqiləri arasında ən yaxşı musiqi (Förci – "Labels or Love" nominant)
Milli Film Mükafatı
  • 2008: Ən yaxşı komediya (nominant)
  • 2008: Ən yaxşı qadın performansı (Sara Cesika Parker nominant)
"Golden Trailer" Mükafatı
  • 2008: Ən yaxşı yay filmi afişası (nominant)
Kostyum dizaynerlərinin "Guild" Mükafatı
  • 2009: Film üçün kostyum dizaynında üstünlük – müasir (Patrisiya Fild nominant)
  1. "'Sex and the City' May Get Big-Screen Treatment". Washington Post. 2004-02-19. 2019-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-27.
  2. "Cattrall declines 'Sex and the City' film". USA Today. 2004-05-26. 2008-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-27.
  3. ""Sex and the City" headed to movie theaters". Washington Post. 2007-07-05. 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-27.
  4. "Sex and the City" Sequel: SJP & Co. Make It Official! Arxivləşdirilib 2011-03-05 at the Wayback Machine, E! Online, February 5, 2009
  5. Huguenin, Patrick. "Filming begins on 'Sex and the City' movie". New York: NY Daily News. 2007-09-20. 2009-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-27.
  6. "Sex and The City movie ends filming". RTÉ. 2007-12-06. 2012-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-27.
  7. Plum Sykes. "rebel romance". Vogue. 2008-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-01.
  8. Will Lawrence. "Sex and the City – The Movie: exclusive on-set report". The Daily Telegraph. London. 2008-05-19. 2008-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-06-01.
  9. 1 2 Wendy Donahue. "'Sex and the City' fashions take a starring role in the movie". Chicago Tribune. 2008-05-18. 2008-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-11.
  10. 1 2 Andrea Vaucher. "'Sex and the City' returns, with fashion to spare". International Herald Tribune. 2007-10-05. 2007-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-11.
  11. 1 2 3 4 Robin Givhan. "Sex, the City & Patricia Field". Washington Post. 2008-05-25. 2019-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-11.
  12. Liz Jones. "The woman behind the clothes". London: Daily Mail. 2008-05-19. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-11.
  13. "New York Magazine article". 2011-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-05.
  14. Nelson, Shannon. "Interview with Couture Designer Gilles Montezin". Pierce Mattie Public Relations New York. July 29, 2008. August 16, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-00-00.
  15. Hasty, Katie (2008-06-04). Usher Scores Second Best Sales Debut of '08 Arxivləşdirilib 2008-08-01 at the Wayback Machine. Billboard. Retrieved on 2008-06-14
  16. Singh, Anita. "Sex And The City stars want London audience to keep plot secret". Telegraph. 2008-05-12. 2008-06-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-30.
  17. "SEX AND THE CITY – Germany Premiere in Berlin". 2008-05-16. 2012-02-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-30.
  18. "Photo Gallery: 'Sex and the City: The Movie' New York Premiere". WCBS Newsradio 880. 2008-05-28. 2009-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-28.
  19. 1 2 "Sex and the City (2008)". Box Office Mojo. Amazon.com. 2012-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-27.
  20. Friedman, Josh. "'Sex and the City' is No. 1 at box office". Los Angeles Times. 2008-06-02. 2008-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-28.
  21. "Sexism and the City". 2010-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-09.
  22. "Sex and the City". Rotten Tomatoes. Amazon.com. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-05.
  23. "Sex and the City: The Movie (2008): Reviews". Metacritic. CBS Interactive. 2012-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-05.
  24. Carina Chicano. "Movie Review 'Sex and the City'". LA Times. 2008-05-30. 2008-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-30.
  25. Colin Bertram. "'Sex And The City: The Movie' proves that a great reunion is possible". New York: NY Daily News. 2008-05-05. 2008-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-30.
  26. Jessica Reeves. "'Sex and the City:' Better than ever". Chicago Tribune. 2008-05-31. 2008-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-30.
  27. Michael Rechtshaffen. "Film Review: Sex and the City". THR. 2008-05-15. 2008-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-30.
  28. Manohla Dargis. "The Girls Are Back in Town". New York Times. 2008-05-30. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-30.
  29. Sukhdev Sandhu. "Sex and the City review: too many plugs and too few sparks". London: Telegraph. 2008-05-28. 2008-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-05-30.
  30. Rick Groen. "In this case, ladies, bigger is far from better". Globe and Mail. 2008-05-29. 2008-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-31.
  31. Anthony Lane. "Carrie: "Sex and the City"". The New Yorker. 2008-05-29. 2013-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-05.
  32. Ramin Setoodeh. "Sexism and the City". Newsweek. 2008-05-29. 2010-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-12.
  33. "The 100 Worst Movies of 2008". The Times. London. 2007-10-23. 2011-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-26.
  34. Reed, Rex. "The 10 Worst Films of 2008". The New York Observer. 2007-12-19. 2008-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-26.
  35. Morgan, James. "The Worst Movies of 2008 – Part 1". The Tart. 2007-12-22. 2008-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-26.
  36. Sandhu, Sukhdev; Robey, Tim. "Worst films of the year 2008". The Daily Telegraph. London. 2007-12-18. 2009-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-26.
  37. New Line Planning September Bow for "Sex and the City" Blu-ray Arxivləşdirilib 2012-05-10 at the Wayback Machine, High-Def Digest, July 9, 2008
  38. "Sex And The City 2 Makes A Date". 2012-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
  39. Sheridan, Emily. "Sex And The City fever hits New York as fans clamber to get a glimpse of Cynthia Nixon and Kim Cattrall". Daily Mail. London. 2009-09-04. 2016-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-11.
  40. http://www.femalefirst.co.uk/lifestyle-fashion/stylenews/Sex+and+the+City-7475.html Arxivləşdirilib 2012-11-18 at the Wayback Machine Article from Female First online magazine regarding possible absence of Patricia Field as stylist for the sequel
  41. "Jennifer Hudson Wants To Reprise Role Of Louise In 'Sex & The City' Sequel". Access Hollywood. LOS ANGELES, Calif. March 31, 2009. 6 January 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2010.
  42. "SATC2: The Countdown – Sky Showbiz". British Sky Broadcasting. 6 September 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 October 2010.
  43. "Penelope Cruz, Liza Minnelli To Appear In Sex And The City 2". Entertainmentwise. 18 June 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]