Şarpuddin Baçueviç Əhmədov (çeç. Бачу кӀант Ахмадов Шарпудин;5 dekabr 1941, Vedeno rayonu, Çeçen-İnquş MSSR – 24 iyun 2016, Qroznı) — Sovet və rus tarixçisi, tarix elmləri doktoru, professor, Çeçenistan Respublikasının əməkdar elm xadimi (2003).
Şarpuddin Baçueviç Əhmədov | |
---|---|
çeç. Бачу кӀант Ахмадов Шарпудин | |
Doğum tarixi | 5 dekabr 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 24 iyun 2016 (74 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | çeçen |
Elm sahələri | Çeçenistan, Çeçenistan tarixi |
Elmi dərəcəsi | |
Elmi adı |
|
İş yerləri | |
Təhsili |
|
Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Vedeno rayonunun Tevzana kəndində Baçu və Petimat Əhmədovlar ailəsində anadan olub. Onun üçün deportasiya illəri Qazaxıstan SSR-in Pavlodar vilayətində keçdi. İlk təhsilini orada almışdır. Reabilitasiyadan sonra məktəbi vətənində bitirmişdir.[1]
1964-cü ildə Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsindən məzun olmuşdur.
1964-1968-ci illərdə Kirov-Yurt səkkizillik məktəbinin direktor müavini olub. 1974-cü ildə SSRİ Elmlər Akademiyasının Tarix İnstitutunda “XVIII əsrin sonlarında Çeçenistanda xalq hərəkatı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1968-1990-cı illərdə Əhmədov Çeçen-İnquş Elmi-Tədqiqat Tarix, Dil və Ədəbiyyat İnstitutunda işləyib. Bu təşkilatda o, kiçik elmi işçidən şöbə müdiri vəzifəsinə qədər yüksəlib.[2]
1990-cı ildən Çeçen-İnquş Dövlət Universitetində, sonra isə Çeçen-İnquş Pedaqoji İnstitutunda əvvəlcə dosent, sonra isə professor kimi tarix fənnini tədris edib. 1992-ci ildə Rostov Dövlət Universitetində “1785-1791-ci illərdə Şeyx Mənsurun rəhbərliyi ilə Şimali Qafqaz dağlılarının xalq-azadlıq hərəkatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1996-cı ildə Çeçenistan Respublikası Elmlər Akademiyasının baş elmi katibi və Rəyasət Heyətinin üzvü. 2006-cı ildə Çeçen Dövlət Universitetinin Tarix və mənbəşünaslıq kafedrasının müdiri olmuşdur.
Şimali Qafqaz xalqlarının orta əsrlər tarixi sahəsində görkəmli mütəxəssis idi. Çeçenistan və İnquşetiya tarixinə dair 130-dan çox elmi əsərin, o cümlədən elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş bir sıra monoqrafiyaların müəllifidir. Əhmədov Çeçenistan tarixinə dair ümumiləşdirici akademik əsər yazan müəlliflər qrupunun üzvü idi. “Çeçenistanın qədim dövrlərdən bu günə qədər tarixi”nin birinci cildinin redaktoru olmuşdu.[2]
Şarpuddin Əhmədov 2005-2007-ci illərdə Çeçenistan Dövlət Universitetində tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsi üzrə Dissertasiya Şurasının sədri olub. Onun rəhbərliyi altında universitetin 6 əməkdaşı namizədlik dissertasiyası müdafiə edib. 2003-cü ildə “Çeçenistan Respublikasının əməkdar elm xadimi” adına layiq görülüb.[2]