Şelkovnikov su kutorası (lat. Neomys teres və ya Neomys schelkovnikovi), (Eulipotyphla) dəstəsinə, Yereşənlər (lat. Soricidae) fəsiləsinə aid olan məməli növüdür. Bütün Qafqaz və Kiçik Asiyanın ona həmsərhəd olan ərazisi üçün endemikdir.
Şelkovnikov su kutorası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: ???: Şelkovnikov su kutorası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ən iri yereşəndir. Kütləsi 12–26,5 q, bədəninin uzunluğu 71–102 mm, quyruğu 53–75 mm, pəncələri 15–22 mm-dir. Tükləri başqa kutorlardakından uzundur. Gözləri tükün içində gizlənmişdir. Pəncələrində tükdən üzmə çıxıntıları yaxşı inkişaf etmişdir.
Bütün Qafqazda və güman ki, Türkiyə və İranın qonşu ərazilərində yayılmışdır[3]. Bu intrazonal növ Azərbaycanın bütün təbii vilayətlərində qeydə alınsa da, dağlarda daha adidir. Böyük Qafqazda d.s. 1000m-dək (Qax rayonu, İlisu kəndi ətrafında) Kiçik Qafqazda 2000m-dək (Laçın və Şuşa rayonları) hündürlükdə qeydə alınmışdır[4].
Bütün landşaftların, o sıradan yarımsəhraların suvarılan bağların su kənarı biotoplarında yaşayır. Sayı o qədər də yüksək deyildir. Əldə edilmiş heyvanların 3–5 və 8 balası olmuşdur. Apreldən sentyabra qədər çoxalır. Cücülər, molyusklar, qurbağalar, balıq kürüsü və körpələri ilə qidalanır.