Şelkovski (çeç. Мохне[6]) — Çeçenistan Respublikası, Şelkovski rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Şelkovski rayonunun və Şelkovski kənd sovetliyinin mərkəzidir[7].
Şelkovski | |
---|---|
Мохне[1] | |
43°30′32″ şm. e. 46°19′57″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1718 |
Sahəsi | 8.67 [2] |
Mərkəzin hündürlüyü | 19 m[4] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 366400 |
Digər | |
shelkovskoe-sp.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin adı 1718-ci ildə Terek çayı sahilində erməni taciri Səfər Vasiliev tərəfindən qurulmuş ipək fabrikindən meydana gəlmişdir. Zavodun ətrafında əhalisi gürcü və ermənilərdən ibarət olan qəsəbə salınır. Onu salan tacirin adını alan qəsəbə Sarafannikov adlanır. Bir müddət sonra isə Şelkovski olaraq adlandırılır[8].
1990-cı illərdə Şelkovski rayonunun digər yaşayış məntəqələrində olduğu kimi, buradada rusdilli əhaliyə qarşı çoxsaylı cinayətlər törədilmişdir.
Çeçen əhali arasında geniş yayılmış cinayət və millətçi düşüncələrin artması ilə əlaqədar Şelkovski və Naurski rayonlarının rus sakinləri dəfələrlə Rusiya Federasiyasının rəhbərliyinə Şelkovski və Naurski rayonlarının Çeçenistan Respublikası tərkibindən çıxarılmasını və Stavropol diyarına birləşdirilməsi tələb edən məktublar göndərmişdilərd[9][10].
Kəndin rus sakinlərinə qarşı birbaşa cinayətləri İkinci Çeçenistan müharibəsi zamanı gedən hərbi əməliyyatların bitməsindən sonra da qeydə alınırdı[11].
2000-ci ildən bəri kənddə davamlı olaraq Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 46-cı Əməliyyat Təyinat Briqadası yerləşdirilmişdir.
2007-ci ilin iyul ayında Çeçenistan Respublikası rəhbərliyi kənddə pravoslav kilsəsi tikmək niyyətini açıqlamışdır[12].
2008-ci ilin dekabr ayında kənd 290 illik yubileyini qeyd etmişdir[13].
22 aprel 2016-cı ildə Mahaçkala yepiskopu Varlaam respublika hakimiyyətinin və Rusiya Milli İstehsalçılar Birliyinin dəstəyi ilə Şelkovski gölün ətrafında inşa edilən Müqəddəs Barbara Kilsəsinin yeni binasının təməli üçün ilk təməl daşını qoymuşdur.
2002-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[14]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 7 802 | 81,43 % |
ruslar | 1 291 | 13,47 % |
qumuqlar | 156 | 1,63 % |
avarlar | 58 | 0,61 % |
noqaylar | 50 | 0,52 % |
tatarlar | 36 | 0,38 % |
digərləri | 188 | 1,96 % |
ümumi | 9 581 | 100,00 % |
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[15]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
çeçenlər | 9 395 | 84,55 % |
ruslar | 1 020 | 9,18 % |
qumuqlar | 192 | 1,73 % |
avarlar | 117 | 1,05 % |
noqaylar | 73 | 0,66 % |
tatarlar | 61 | 0,55 % |
darginlər | 40 | 0,36 % |
ləzgilər | 33 | 0,30 % |
digərləri | 172 | 1,55 % |
birdirməyənlər | 9 | 0,08 % |
ümumi | 11 112 | 100,00 % |
Şelkovsidə kifayət qədər rus icması yaşadığı üçün kənddə Rus Milli Mədəniyyət Mərkəzi təşkil olunmuşdur[16].
Şelkovskidən Stavropol - Krainovka magistral yolu keçir. Şərqdə Terek üzərində yerləşən körpü Şelkovski rayonunu Dağıstanın Xasavyurt rayonu ilə birləşdirir. Kənndə Şimali-qafqaz dəmir yolunun Şelkovski stansiyası yerləşir.